Qarabaşlı lori (Lorius lory) — Həmçinin qərb qarabaşlı lorisi və ya üçrəngli lori kimi tanınan, Yeni Qvineya və ona bitişik kiçik adalarda rast gəlinən bir tutuquşu növü.
Rəngarəng və nisbətən möhkəm bədən quruluşuna malikdir (31 sm uzunluğunda). Yeddi yarımnövü var, hamısının yaşıl qanadları, qırmızı başı və qanad ətrafındakı bədəni, qara başlığı, boz-qara dimdiyi, sarı alt qanadları, mavi ayaqları və qarnı var. Əksəriyyətinin arxa boynu və bel nahiyəsi (qanadlar arasındakı hissə) mavi rəngdədir. Ümumilikdə geniş yayılmış və çoxsaylıdır, lakin "cyanuchen" yarımnövü nisbətən nadirdir və 5,000-dən az fərd qalıb.
Taksonomiya
Qarabaşlı lori 1758-ci ildə İsveç təbiətşünası Karl Linney tərəfindən "”Systema Naturae” əsərinin onuncu nəşrində "Psittacus" lory binominal adı ilə təsvir edilmişdir. Linney təsvirini 1751-ci ildə ingilis təbiətşünası Corc Eduard (George Edwards) tərəfindən “Qeyri-adi Quşların Təbiət Tarixi” (A Natural History of Uncommon Birds) əsərində təsvir edilmiş və "İlk Qarabaşlı Lori" əsasında hazırlamışdır. "Lori" adı malay dilində bu rəngarəng tutuquşular üçün istifadə olunan sözdən gəlir. Qarabaşlı lori indi 1825-ci ildə irland zooloqu Nikolas Eyluord Vigors tərəfindən təqdim edilmiş "Lorius" cinsinə daxildir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar Kateqoriya:İndoneziya quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:Yeni Qvineya quşları