Marselo Uxoa Zarvos () — əslən yunan olan braziliyalı pianoçu və bəstəkardır.
O gənc yaşlarından etibarən klassik musiqiyə başlamışdır. O, Massaçusets ştatının Boston şəhərində yerləşən müstəqil musiqi konservatoriyası olan Berkli Musiqi Kollecində təhsil almışdır. Zarvos daha çox caz musiqisi və albomlarından birində bərabər işlədiyi saksofonçu Piter Epstein ilə musiqi karyerasında nailiyyətlər əldə etmişdir. O, Cessika Steynin öpüşü, Yerdəki qapı, Sin Nombre və Boynton çimərlik klubu kimi müxtəlif filmlərin saundtreklərini bəstələmişdir. O həmçinin Robert Pattinsonun baş rolda oynadığı "Məni yaddan çıxarma" filminin musiqisini bəstələmişdir. 14 fevral 2010-cu ildə onun oğlu olan Xulian Fransis Zarvos dünyaya gəlmişdir. Zarvosun həyat yoldaşı olan Canel Moloni aktrisadır. 2011-ci ildə o, baş rolda Vanessa Hudcensin oynadığı Beastly və Mel Gibson və Codi Fosterin oynadığı The Beaver filmlərinin musiqisini bəstələmişdir. Çirkli sirlər filmi üçün bəstələdiyi "Eduardın sirri" () adlı bəstəsi, "Skripka" () və "Kreyq narahatlığı" () onun görkəmli əsərlərindən bəziləridir.
İstinadlar
Xarici keçidlər
Zarvos.com Marcelo Zarvos - Edward's Secret
Kateqoriya:Yunanıstan pianoçuları Kateqoriya:Braziliya pianoçuları Kateqoriya:Braziliya film bəstəkarları Kateqoriya:New-age pianoçular Kateqoriya:Musiqi