Aneuretus simoni — Formicidae ailəsi daxilində öz qəbiləsində yerləşdirilən bir qarışqa növü. Bu cins monotipikdir, yeganə növü bir neçə yerdən məlum olan Şri-Lankaya endemikdir. Nəsli kəsilməkdə olan azsaylı qarışqa növlərindən biri hesab olunur.

Yayılma

Onlar yalnız Şri-Lankanın mərkəzindəki bir neçə ərazidən məlumdur. Gilimale meşəsində, Eduard Osborn Vilson və digər tədqiqatçılar koloniyaları əsasən meşə açıqlıqlarının kənarında tapdılar. Yuvalar kiçikdir və iki nəfərdən yüz nəfərə qədər kiçik sayda fərdə malikdir. Yuvalar ən çox çürüyən və ovxalanan ağac parçaları və ya yıxılmış kötük içində hazırlanır. Onların yaşadığı azsaylı ərazilər tez-tez insanlar tərəfindən narahat edilir. Bu növ əvvəllər toplandığı bir çox ərazidə qeydə alınmamışdır və Wilson tərəfindən qorunması tövsiyə edilmişdir. 1985-ci ildə aparılan bir araşdırma növü yalnız bir yerdə, Gilimaledə qeydə almışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Formicidae Kateqoriya:Asiya həşəratları