Smells Like Teen Spirit — amerikan rok qrupu "Nirvana"nın sayca ikinci albomu olan "Nevermind"ın ilk mahnısı və aparıcı sinqlı. "DGC Records" leyblı tərəfindən 1991-ci ildə yayımlanmışdır.

Mahnının adı Kurt Kobeynin dostu, "riot grrrl" qrupu "Bikini Kill"in vokalçısı Ketlin Hannanın Kobeynin evinin divarına yazdığı "Kurt smells like Teen Spirit" () cümləsindən yaranıb. Hanna burada Kobeyndən "Teen Spirit" adlı dezodorantın ətrinin duyulmasını nəzərdə tutsa da, Kobeynin bu dezodorantdan xəbəri yox idi və onlar tez-tez anarxizm və pank-rokdan danışdıqları üçün "gənc ruhu iyi gəlmək" ifadəsini də inqilabi bir şüar kimi qəbul eləmişdi.Azerrad, s. 211–12.

İstinadlar

Kateqoriya:Nirvana mahnıları Kateqoriya:1991-ci ilin sinqlları Kateqoriya:1990-cı ilin mahnıları