Imantodes cenchoa — Colubridae fəsiləsinə aid zəif zəhərli və arxa dişli bir ilan növü. Bu növ Meksika, Mərkəzi Amerika və Cənubi Amerikada yayılmışdır.
Təsvir Imantodes cenchoa-nın orta hesabla ümumi uzunluğu (quyruq daxil olmaqla) 800 mm (31 düym) təşkil edir. Maksimum ümumi uzunluq təxminən 1,5 m (4 fut 11 düym) olur. I. cenchoa uzun, incə bədəni və çox böyük başı ilə tanınır. Göz bəbəyi digər ilanlardan fərqlidir. Dünya üzrə tapılan ilanların əksəriyyəti zəif görmə qabiliyyətinə malikdir və əsasən qoxu və vibrasiya ilə ov və yırtıcıları aşkar edir. Ağacda yaşayan ilanlar isə digər ilanlara nisbətən daha yaxşı görmə qabiliyyətinə malikdir. Şaquli şəkildə olan göz bəbəyi ona aşağıya baxmaq imkanı verir. Bu xüsusiyyət ilana digər ilanlara nisbətən üstünlük qazandırır. Böyük gözlər başının təxminən 26%-ni təşkil edir.
Qarın hissəsi əsasən ağ, bel hissəsi isə açıq və ya solğun qəhvəyi rəngdədir və başdan başlayaraq bədən boyu uzanan tünd qəhvəyi ləkələrə malikdir. Şimal və cənub populyasiyaları cinsi dimorfizm göstərir, yəni eyni populyasiyada iki fərqli xüsusiyyət mövcuddur. Məsələn, şimal populyasiyalarında erkəklərin quyruğu bir qədər daha uzun olur, cənub populyasiyalarında isə erkəklərin quyruğu daha qısadır. Bəzi regionlarda dişilər erkəklərə nisbətən daha böyük başa malikdir.
Yaşayış yeri Imantodes cenchoa ağacda yaşayır (arboreal). Əsasən kofe ağacları və bromeliadlar kimi aşağı bitkilikdə tapılır.Arzamendia V et al. (16 authors) (2919). "Imantodes cenchoa". The IUCN Red List of Threatened Species 2019: e.T197491A2489923. https://dx.doi.org/10.2305/IUCN.UK.2019-2.RLTS.T197491A2489923.en. Downloaded on 14 March 2021. Sərin və rütubətli əraziləri, məsələn, nəm meşələri və yağış meşələrini üstün tutur. Dəniz səviyyəsindən 1700 m (5600 fut) yüksəkliyə qədər olan ərazilərdə rast gəlinir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1758-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları