Məryəm xanım Abbasqulu bəy qızı Zöhrabbəyova () — jurnalist, reporter, Azərbaycan Radiosunda ilk qadın redaktor, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi.

Həyatı Məryəm xanım 1930-cu ildə Şuşa şəhərində tacir Abbasqulu bəyin ailəsində anadan olub. Şuşanın məşhur Zöhrabbəyovlar nəslindəndir. Keçən əsrin 30-cu illərində "Qolçamaq" damğası ilə onları çox incidiblər. Ev-eşiklərini talan ediblər, hətta 1940-ci ildə Şuşadakı evlərini qoyub əvvəlcədən Ağdama sonra isə Bakıya köçməyə məcbur olublar və nəsil soyadındakı bəy sözündən imtina ediblər.

Məryəm xanım məktəbdə oxumaqa Şuşada başlayıb, ailəsi Bakıya köçəndən sonra təhsilini Bakının 7 nömrəli orta məktəbində davam edib.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika şöbəsinə daxil olur və 1954-cü ildə oranı bitirib bakalavr dərəcəsini alır.

Fəaliyyəti

1954-cü ilin avqust ayında Azərbaycan Radiosuna (indiki "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti) işə qəbul olunur. Təyinatını və dəvəti şəxsən Nəsir İmanquliyev vermişdir. Gənc jurnalist radionun "Sənaye verilişləri" şöbəsində işə başladı. "Sənaye müəssisələrinin kəndə köməyi" silsiləsindən xəbərləri, sonralar isə süjetləri və bütöv verilişləri hazırlayıb. "Leytenant Şmidt" adına zavodun hamilik etdiyi müəssisədən hazırladığı veriliş və ümumiyyətlə Məryəm xanımın iş üsulu rəhbərlik tərəfindən daimi dəstəklənir. O, vaxtlar radioda qadın redaktor yox idi, redaktor vəzifəsi açılır və belə Məryəm xanım Azərbaycan Radiosunda ilk qadın redaktor, ilk qadın reporter olur.

2-3 il sənayə şöbəsində çalışdıqdan sonra onu kənd təsərrüfatı şöbəsində keçirirlər. Məryəm xanımın həmin dövrdəki işi haqqında yazıçı Bayram Bayramov (o vaxtlar ədəbi dram redaksiyasını böyük redaktoru idi) "Müxbir qız" adlı sənədli filmi bəhs edir.

Daha sonra Məryəm xanım İctimai-siyasi verilişlərin redaksiyasına da şöbə müdirü təyin olunur."Ana" radio-jurnalı, "Həmkarla təşkilatı və həyatı", "İqtisadçılar dəyirmi masa arxasında", "İqtisadiyyat və həyat", "Şəhər təsərrüfatı və qayğılar, problemlər", "Müəssisə, mağaza və alıcı", "Bizim reyd" və s., verilişlərini hazırlayıb.

Təkcə bir faktı qeyd etmək lazımdır ki, o "Sağlamlıq" radio-jurnalının 30 il müddətində 15 minə yaxın nömrəsini hazırlamışdı. Məryəm xanımın hazırladığı "Ana" radio jurnalı ən populyar, dəyərli verilişlərdən sayılırdı. Verilişin məsləhətçisi məşhur yazıçı Əzizə Cəfərzadə, diktoru isə Aydın Qaradağlı olub. Bu verilişdə respublikanın bütün bölgələrində yaşayan anaların, qadınların, qızların çalışdıqları sahələrdə qazandıqları uğurlardan, arzu və istəklərindən, Azərbaycan qadınlarına xas olan mənəvi dəyərlərdən söhbət açılardı.

Bir sıra ictimai işlərdə çalışan Məryam xanım 20 il Radio Həmkarlar Təşkilatına başçılıq edib və Komitə Qadınlar Təşkilatının ilk sədri olub.

Azərbaycan Radiosunda 56 il müddətində çalışan Məryəm xanım bir çox fəxri fərmanlar, mükafatlar, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi adını qazanıb.

Ailəsi Həyat yoldaşı Səfər Məmmədov (27.08.1925–14.04.1983) Övladları: Fərəh (09.07.1965), Mehin (09.01.1967) Atası — tacir Abbasqulu bəy (1868–1950) dövləti, xeyirxahlığı, əliaçqlığı ilə Qarabağda kifayət qədər məşhur idi, Mir Mehdi Xəzaninin nəvəsi olub.

Mükafatları Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi — 04.11.2006 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1970-ci il

Həmçinin bax Zöhrabbəyovlar Zöhrabbəyovun evi Qarabağ bəylərinin siyahısı Şuşa

Mənbələr Ənvər Çingizoğlu, Zöhrabbəyovlar, "Soy" dərgisi, 3 (11), Bakı, 2008. səh.3–15. Ənvər Çingizoğlu, Abbasqulu bəy Zöhrabbəyov: bəylikdən bəzirganlığa. Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti və "Xudafərin" (www.xudaferin.eu) dərgisi. NIP:8251568794 PEGON:030287745

İstinadlar

Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Azərbaycan soyları Kateqoriya:Azərbaycan bəy soyları Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər