Doroti Hovard (; ) — amerikalı folklorşünas, dövlət məktəbi müəllimi, məktəb direktoru və Frostburq Dövlət Universitetinin professoru olmuşdur. Hovard təhsildə folklorun tətbiqinin ilk tərəfdarlarından biri və uşaq folklorunun pionerlərindən biri hesab olunur. Amerika Folklor Cəmiyyətinin "Folklor və Təhsil Mükafatı" onun adını daşıyır.
Həyatı və təhsili Hovard Doroti Qrey Mills adı ilə iyul 1902-ci ildə, Texasda anadan olmuşdur. 1925-ci ildə Ceyms Hovard ilə evlənib və onların iki övladı olmuşdur. O, 1969-cu ildən etibarən Nyu-Meksiko ştatının Rozvell şəhərində yaşayıb. Səhhətinin pisləşməsi səbəbindən Massaçusets ştatının Qrinfild şəhərinə köçüb və 1996-cı ildə, 93 yaşında vəfat etmişdir. Hovard 1923-cü ildə Şimali Texas Dövlət Müəllimlər Kollecini (indiki Şimali Texas Universiteti) təhsil üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. 1938-ci ildə Nyu-York Universitetində doktorluq dərəcəsi almışdır. Onun dissertasiyası "Amerika uşaqlarının xalq jinqlləri: müasir uşaqlar tərəfindən istifadə olunan qafiyələrin toplanması və tədqiqi" adlanırdı.
Karyerası Hovard 1920-ci ildə cəmi 17 yaşında olarkən müəllim kimi işləməyə başlayıb. 1923-cü ildən sonra Texas, Nyu-York və Nyu-Cersi ştatlarında müəllim və məktəb direktoru kimi çalışıb. 1944-cü ildə o, Frostburq Dövlət Universitetində ingilis dili professoru olub və 1967-ci ilə qədər burada dərs demişdir. 1967-1969-cu illərdə Nebraska Universitetində qonaq professor kimi fəaliyyət göstərib. 1954-1955-ci illərdə Fulbrayt Təqaüdü çərçivəsində 10 ay ərzində Avstraliya uşaqlarının oyunlarını sənədləşdirmişdir. Bu, Avstraliya uşaq folklorunun sistemli şəkildə tədqiq edildiyi ilk hadisə olub.
Onun işi uşaq oyunları, məktəb həyətində oxunan mahnılar, nidalı şüarlar, qafiyələr və hətta təhqirləri əhatə edirdi. Hovard uşaqların "xalq jinqlləri" ilə bağlı PhD dərəcəsi alan ilk şəxslərdən biri omuşdur. O, təhsildə folklorun istifadəsinə verdiyi töhfələrə görə Amerika Folklor Cəmiyyəti və Oyun Tədqiqatları Antropoloji Assosiasiyası tərəfindən pioner alimlərdən biri kimi tanınıb.
Onun Avstraliya araşdırmaları 2000-ci ildə Viktoriya Muzeyinə bağışlanıb.
Mükafatları və fəxri adları 1954–1955: Fulbright Təqaüdçüsü 1981: Amerika Fəlsəfə Təqaüdü 1990: Amerika Folklor Cəmiyyətinin Uşaq Folkloru Bölməsindən Ömürlük Nailiyyət Mükafatı
Əsərləri Hovard "The New Yorker" kimi jurnallarda məqalələr yazıb və müxtəlif kitablar, elmi məqalələr və araşdırmalar nəşr etdirib. Onun bəzi əsas əsərləri:
İstinadlar
Kateqoriya:Folklorşünaslar