Əbu Məhəmməd Həbib ibn İsa ibn Məhəmməd əl-Əcəmi əl-Farisi (; ) — Bəsrəli sufi. Həsən əl-Bəsrinin yetirməsi.

Bioqrafiyası Əslən iranlı olan Həbib haqqında mənbələrdə məlumatlar olduqca azdır. Mənufi onun əmir olduğunu yazmışdır. Sufiliyə yönəlmədən öncə ticarətlə məşğul olmuş və sələmçilik etmişdir. Yolda gedərkən uşaqların ondan qorxmasını görüb, əməllərindən peşman olan Həbib, Həsən əl-Bəsrinin yanınna gedərək tövbə etmişdir. Əttarın nəql etdiyinə görə Həbib, gündüzləri Həsən əl-Bəsridən elm öyrənər, gecələri isə Fərat çayının sahilindəki zaviyədə (red — dini tikili) ibadətlə məşğul olardı. Quranı səlis oxuya bilmədiyi üçün ona "Əcəmi" deyilmişdir. Dövrünün mənbələrinin yazdığına görə o, duası məqbul bir şəxs olub. İbn Həcər onu "siqa" adlandırıb. Həbib, Həsən əl-Bəsri, İbn Sirin, Əbu Təmimə əl-Hüceymi və Bəkir ibn Abdullahdan hədis rəvayet edib. Həbibdən isə Süleyman ət-Teymi, Həmmad ibn Sələmə, Cəfər ibn Süleyman və Mötəmir ibn Süleyman hədis rəvayət etmişdir. Buxari əsərlərində ondan bəhs etmişdir. Həbibə Nəqşibəndiyyə, Qədiriyyə və Mövləviyyə silsilərində yer verilmiş, Davud ət-Tai müdiri, Həsən əl-Bəsri isə mürşidi olaraq göstərilmişdir. Həyat yoldaşı — Amrə də xanım sufilərdən olub. Mənbələrdə Həbibin vəfatı üçün hicri 113 (731), 120 (738), 125 (743) və 130-cu il (747–48) olmaqla fərqli tarixlər verilmişdir.

İstinadlar

Kateqoriya:Sufilər Kateqoriya:İran şəxsləri