Ətik Əli Paşa məscidi () — Türkiyənin Ədirnə ilinin Meydan məhəlləsində yerləşən məscid.
Səlimiyyə məscidinə 1,5 km məsafədə, Ətik Əli Paşa küçəsində yerləşən məscid bu gün də istifadəyə açıqdır. Vəqflər Ümumi Müdirliyinin himayəsində olan məscid Ədirnə Mədəni və Təbii İrsi Qoruma Şurasının 04.07.2003-cü il tarixli 7697 saylı qərarı ilə dövlət qeydiyyatına alınmışdır. Tarixi Məscidin tikilmə tarixi dəqiq bilinməsə də, II Bəyazid dövrünün baş vəzirlərindən olan Ətik Əli Paşa tərəfindən tikildiyi məlumdur. Xədim ləqəbli Ətik Əli Paşanın vəfat ili 1506-cı il olduğundan məscidin bu tarixdən əvvəl tikildiyi güman edilir. Restavrasiyası Təkyə-i Əli Paşa məscidi kimi də tanınan məscid 1910-cu ildə müharibə zamanı məscidə dəyən güllə nəticəsində dağılıb. 1897-ci ildə yanındakı təkkə ilə birlikdə 28.750 kuruşa təmirinə başlansa da, təmiri yarımçıq saxlanılmışdır. 2012-ci ildə məscidin bərpasına qərar verilmiş, 2014-cü ildə isə məscid bərpa edilmişdir. Bərpa zamanı eyvanına qədər çökmüş minarə və dam örtüyü təmir edilib, həyəti abadlaşdırılıb, ətraf divarları əsaslı təmir olunub. Birinci mərhələdə təmir üçün 450 min türk lirəsi ayrılıb.
Memarlığı Kvadrat planda tikilmiş hörgü formasındakı məscidinin damı taxtadan, minarəsi isə kərpicdəndir. Girişdə hər iki tərəfi divarlardan ibarət fasadın çəhrayı və qara rəngli qranit sütunlu köhnə üslublu tağı vardır. Divarları kobud yonulmuş daşdan olan məscid tək günbəzlidir.
Külliyyəsi thumb|right|Ətik Əli Paşa məscidinin külliyəsi
Məscid külliyəsi qalsa da, onun əsas daşların bəziləri günümüzə gəlib çatmayıb.
Qalereya
İstinadlar
Kateqoriya:Türkiyə məscidləri Kateqoriya:Günbəzli məscidlər