Ceyda Əsli Qılıncqıran (; ) — türk ssenarist və rejissoru, feministi.

Həyatı

Erkən illəri Ceyda Əsli 16 fevral 1968-ci ildə İzmirdə anadan olub. Atası Türkiyə Radio və Televiziya Qurumunda (TRT) ilk rejissor və proqram prodüseri kimi fəaliyyət göstərənlərdən olub.

Təhsili 1993-cü ildə İstanbul Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsini bitirən Qılıncqıran 1 il konservatoriyada təhsil alıb.

Karyerası O, Daily News və The Middle East Journalda daxil olmaqla bir sıra xarici KİV-lərdə jurnalist-yazıçı kimi də çalışıb. Daha sonra o, CIDC Insight jurnalının baş redaktoru təyin edilib.

Reklam ssenariləri yazmağa və tanıtım filmləri çəkməyə başlayan Qılıncqıran, daha sonra ssenaristi özünün olduğu filmlərini çəkməyə başladı. Onun ilk filmi "Mən azadlığımı və səni sevirəm" ABŞ-də Pensilvaniya Film Festivalında mükafat qazanıb. Onun digər bir filmi olan "Su yolu" Fransada Bordo Film Festivalında da xüsusi mükafat qazanmışdır.

2005-ci ildə çəkilmiş "Bir parça azadlıq" filmi Antalya Qızıl Portağal kinofestivalına namizəd olub.

2007-ci ildə çəkilən, prodüseri və rejissoru olduğu "Keçərkən baş çəkdim" filminin mövzusu həyat və müasir qadın portretindən ibarətdir. Türkiyənin öndə gedən qadın haqları fəallarından və feminist yazarlarından Duyğu Asenaya həsr olunmuş filmdə baş rolda Halə Soyqazi çəkilib.

2007-ci ildə çəkilmiş "Kilid" filmi ilk müsəlman qadın teatr aktrisası Afife Jalənin (1902–1941) həyatından bəhs edir. Film 2008-ci ildə Qadın Əsərləri və Kitabxanası Fondu tərəfindən mükafata layiq görülüb.

Qılıncqıran amerikalı kinorejissor və prodüser Robert Rixter tərəfindən Yaxın Şərqdəki müsəlman qadınların həyatından bəhs edən sənədli film layihəsi təklifini alıb.

Qılıncqıran, həmçinin İstanbul Qısa Film Rejissorları Dərnəyindən bir mükafat və Baş Nazirlik mükafatı da alıb.

Ceyda Əsli Qılıncqıran Türkiyədə və hətta Yaxın Şərqdə çox az sayda qadın rejissordan biridir. Onun filmlərinin mövzuları şəxsiyyət, bərabərlik və qadın azadlığına yönündə olub.

Əsəri Onun 2014-cü ildə yazdığı "Yeni dövrün astanasında" adlı kitabı var. "Keçid" sənədli filmindən də bölmələrin yer aldığı kitabında Hindistan və ABŞ-də çəkilmiş dünyanın aparıcı ruhani ustadları ilə müsahibələr yer almışdır.

Filmoqrafiyası Azadlığımı və səni sevirəm — 2003 Bir parça azadlıq (A Patch of Freedom) — 2005 Su yolu (Watermark) — 2005 Keçərkən baş çəkdim (Whilst on My Way) — 2007 Kilid (The Lock) — 2007 Keçiş (The Transition) — 2011 (sənədli film)

İstinadlar

Xarici keçidlər http://www.magazinkolik.com/Sinema/5501/Asli-Ceyda-Kilickiran-TURK-YONETMENDEN https://web.archive.org/web/20140505122445/http://www.todayszaman.com/news-165347-documentary-to-link-hinduism-with-sufism.html http://intersinema.com/ceyda-asli-kilickiran-filmleri/ http://intersinema.com/sinema-haberleri/haber_18802.asp http://intersinema.com/sinema-haberleri/haber_3321.asp http://www.milliyet.com.tr/bu-belgesel-cok-konusulacak--sinema-1051725/ http://www.yeniaktuel.com.tr/top109,[email protected]

Kateqoriya:Türk feministlər Kateqoriya:İstanbul Universiteti Ədəbiyyat fakültəsinin məzunları