Jemina və ya Jyamina (, "zeme" — torpaq sözündən) — Litva mifologiyasında torpaq ilahəsi; torpağın şəxsiyyətləşdirilməsi.Laurinkiene, Nijole. "Gyvatė, Žemė, Žemyna: vaizdinių koreliacija nominavimo ir semantikos lygmenyje". In: Lituanistika šiuolaikiniame pasaulyje. Vilnius: Lietuvių literatūros ir tautosakos institutas, 2004. pp. 285–286. Tez-tez onu Zemele — "torpaq ana" adlandırırdılar, eyni zamanda zemyna sözü bilavasitə torpağın özünə aid edilirdi. Jemina haqqında Yan Lasiski (1582), Mikaloyus Dauqşa (1653), Matfey Pretorius, Yakov Brodovski (1740) və miflər, əfsanələr, duaların təsvirlərində bəhs edilmişdir.Laurinkiene, Nijole. "Gyvatė, Žemė, Žemyna: vaizdinių koreliacija nominavimo ir semantikos lygmenyje". In: Lituanistika šiuolaikiniame pasaulyje. Vilnius: Lietuvių literatūros ir tautosakos institutas, 2004. p. 285.

Panteon Jemina günəş ilahəsi Saule və Ay (Mėnuo/Mēness — Menu/Miness) ilahəsinin qızıdır. Onun əkiz qardaşı Zemnikas (Žemėpatis) sayılır, o, bağlara rəhbərlik edir, Jemina isə tarlalara. Xalq folklorunda ildırım ilahəsi Perkunasın arvadı kimi çıxış edir və panteonda ondan sonra ikinci yeri tutur.Laurinkienė, Nijolė. "Požemio ir mirusiųjų karalystės deivė" [Goddesses of the Kingdom of the Dead and the Underworld]. In: Metai n. 1. 2010. pp. 116–127. Onlar tipik hind-avropa ana-torpaq və ata-səma cütlüyünü təşkil edirdilər.

Funksiyaları Jemina məhsuldarlıq, bütün canlılar, kənd təsərrüfatı məhsulları və bitki örtüyü ilahəsi hesab olunurdu. O, ilanlara da hökmranlıq edirdi. Torpağa tez-tez dua və ovsunlarla müraciət olunurdu, xüsusən ilan sancmalarına qarşı.Doniger, Wendy. Merriam-Webster's Encyclopedia of World Religions. Springfield, Massachusetts: Merriam-Webster, Incorporated. 1999. p. 1161.

İnanırdılar ki, torpaqdan doğulan hər şey yenidən ona qayıdacaq, buna görə də Jemina ölənləri qəbul edirdi, bu işdə o, ölülər dünyasının hakimi Velyu Mate ilə bölüşürdü. Bəzi mənbələrdə qeyd edilir ki, Jemina tale ilahəsi Layma ilə birlikdə insanın doğum tarixini müəyyənləşdirir.Laurinkienė, Nijolė. "Motina Žemyna baltų deivių kontekste: 1 d.: Tacito mater deum, trakų-frigų Σεμέλη, latvių Zemes māte, Māra, lietuvių bei latvių Laima, Laumė ir lietuvių Austėja" [Mother-Goddess Žemyna in the context of Baltic deities]. In: Liaudies kultūra Nr. 2 (2007). p. 12. https://www.lituanistika.lt/content/7871 Torpaq bütün canlıların anasıdır və onun qoynundan bütün yeraltı dünyanın varlıqları çıxır. Jemina həyat bəxş etmə funksiyasını daşıyırdı."[Zemyna's] name is the linguistic equivalent of that of Semele, mother of Dionysos, in the Greek and Thracian traditions." Jones, Prudence; Pennick, Nigel (1995). A History of Pagan Europe. Routledge. p. 175. .

Litvanın xristianlaşdırılmasından sonra Jemina kultu Bakirə Məryəm kultu ilə əvəz olundu.Laurinkienė, Nijolė. "Požemio ir mirusiųjų karalystės deivė" [Goddesses of the Kingdom of the Dead and the Underworld]. In: Metai n. 1 2010. pp. 116–127.

Ayinlər və mərasimlər Matfey Pretorius žemyneliauti adlı ritualı təsvir etmişdir.Vaitkevičienė, Daiva. "Nuliejimas žemei: gėrimo apeigos adresato klausimu" [Libation to earth: regarding an addressee of the drinking ritual]. In: Tautosakos darbai [Folklore Studies]. 2004, 28. pp. 104–117. Ališauskas, Vytautas. "Apie nemokslinį žalčio ir gyvatės skirtumą: Jono Lasickio knygelės paraštėje". In: Naujasis Židinys–Aidai, 2003, Nr. 11–12, pp. 612–615. Bu ayin toy zamanı və ya məhsul yığımı bitdikdən sonra icra olunurdu. Ev sahibi torpağa su səpib deyirdi: "Əziz Torpaq, sən mənə verirsən, mən də sənə verirəm", sonra pivə içir və çalaya çörək qoyurdu.Jones, Prudence; Pennick, Nigel (1995). A History of Pagan Europe. Routledge. p. 175. . Bundan sonra o, toyuq və ya xoruzu qurban kəsir, onu bişirib ailə ilə birlikdə yeyirdi. Hər bir ailə üzvü əlində bir tikə çörək tutaraq dua edirdi. Qalan yemək və sümüklər ilahəyə həsr edilərək ya basdırılır, ya da yandırılırdı.Ūsaitytė, Jurgita. "Motina Žemė: Moteriškumo reprezentacija " [Mother Earth: representation of femininity]. In: Tautosakos darbai [Folklore Studies]. 2002, 23,. p. 148. Bu ritual insanın həyatının əsas mərhələlərində — doğum, toy və ölüm zamanı icra olunurdu.

Başqa bir ayində tarlada torpağa qara donuz balası və əvvəlki mövsümdən qalan son unla bişirilmiş çörək qurban verilirdi. İnsanlar torpağı öpərək deyirdilər: "Torpaqdan gələn torpağa qayıdacaq!". Bu ənənə XX əsrin əvvəllərinə qədər qorunub saxlanmışdır.Vycinas, Vincent. Search for Gods. Springer, Dordrecht. 1972. p. 32. Laurinkienė, Nijolė. Žemyna ir jos mitinis pasaulis [Žemyna and her mythical world]. Vilnius: Lietuvių literatūros ir tautosakos institutas, 2013. p. 494.

Jemina baharda əkin ərəfəsində və ya payızda məhsul yığımından sonra qeyd olunurdu.

Torpağı öpmək litva toylarında ənənə idi. Gəlin ata evindən ayrılarkən torpağı öpürdü. Səfərə çıxan insanlar da torpağı öpərdilər, çünki bunun onları sağ-salamat evə qaytaracağına inanırdılar. Qocalar yatmazdan əvvəl torpağı öpür və deyirdilər: "Torpaq, mənim anam, mən səndən yarandım, sən məni bəsləyirsən, sən məni daşıyırsan və öldükdən sonra məni dəfn edəcəksən".Kūlgrinda Ir Donis – Giesmės Žemynai . Discogs.

Torpağı öpmək adəti xristianlıq dövründə də Litvada qorunub saxlanmışdır. Belə deyirdilər: "Torpağı öpmək və xaçı öpmək eyni günah bağışlanmasını gətirər".Laurinkienė, Nijolė (2008). "Lietuvių žemės deivės vardai" [The Lithuanian names of the Goddess of the Earth]. In: Tautosakos darbai, XXXVI, pp. 77–78. Eckert, Rainer (1999). "Eine Slawische Une Baltische Erdgottheit". Studia Mythologica Slavica 2 (May/1999). Ljubljana, Slovenija. pp. 214, 217. https://doi.org/10.3986/sms.v2i0.1850. Bəzi Litva kəndlərində namazdan sonra torpağı öpmək adət idi, böyüklər xüsusilə uşaqlardan bunu etmələrini tələb edirdilər. Vidukl bölgəsində yerli əhali gündə yeddi və ya on iki dəfə torpağı öpürdü.Borissoff, Constantine L. (2014). "Non-Iranian Origin of the Eastern-Slavonic God Xŭrsŭ/Xors" [Neiranskoe proishoždenie vostočnoslavjanskogo Boga Hrsa/Horsa]. In: Studia Mythologica Slavica 17 (October). Ljubljana, Slovenija. p. 22. https://doi.org/10.3986/sms.v17i0.1491 .

İstinadlar

Ədəbiyyat Dundulienė, Pranė (1976). "Žemė lietuvių tikėjimuose ir liaudies mene. In: Istorija 16.1: 129–153. Laurinkienė, Nijolė. Žemyna ir jos mitinis pasaulis [Žemyna and her mythical world]. Vilnius: Lietuvių literatūros ir tautosakos institutas, 2013. Kateqoriya:İlahə ana Kateqoriya:Yer ilahələri Kateqoriya:Məhsuldarlıq ilahələri Kateqoriya:Litva mifologiyası