Cudit Makaloh (, ) — amerikalı folklorşünas, etnomuzikoloq və universitet nəşriyyatının redaktoru.

Həyatı və təhsil Makaloh 16 avqust 1935-ci ildə İllinoys ştatının Sprinq Velli şəhərində Henri və Edna Binkelin ailəsində anadan olmuşdur. Onun bütün dörd nənə-babası Almaniyadan idi. O, Sprinq Velli xəstəxanasında doğulan yüzüncü uşaq olub. Atası Sprinq Vellidə dəmiryolunda çalışmış, sonradan ailə İllinoys ştatının Peoria şəhərinə köçərək atası Caterpillar Tractor şirkətində işə başlamışdır. O, Nortmur Orçardda böyümüşdür, buradakı ailəsi alma bağı alıb alma və alkoqol satırdı. Mərkəzi Perioa məktəbindən məzun olmuşdur.

İlk dəfə 1954-cü ildə Senty-Luisdəki Milli Folklor Festivalını ziyarət etdikdən sonra xalq musiqisinə maraq göstərməyə başlamışdır. O, Kotti Kolleci, Ohio Vesliyan Universiteti və Ohio Dövlət Universitetində təhsil almışdır. Fulbrayt təqaüdü ilə Avropaya getməzdən əvvəl bir neçə həftə boyunca Indiana Universitetinin Folklor İnstitutunda təhsil almışdır. Bu təcrübə onun həyatındakı "ən həyəcanlı təcrübə" olmuş və onu Ohio Dövlət Universitetində təhsilini davam etdirməkdən, əvəzinə İndiana Universitetində folklor proqramına daxil olmağa qərar verməsinə təsir etmişdir. 1970-ci ildə Indiana Universitetindən folklor üzrə doktorluq dərəcəsi almışdır. Onun dissertasiyası "Pinələrdə" () adlı ABŞ lirik folklorunun melodik-mətn identikliyini tədqiq etmişdir və 160-dan çox mahnı və versiyanın təhlilini əhatə etmişdir. İndiana Universitetində təhsil alarkən o, Musiqi Arxivində köməkçi və Folklor və Xalq Musiqisi Arxivçisi jurnalının köməkçi redaktoru kimi çalışmışdır.

Karyerası Makaloh 1960-cı illərdə İllinoys ştatının Urbana şəhərinə köçmüşdür, çünki onun həyat yoldaşı Urbana-Şampeyn Universitetində işə başlamışdır. 1960-cı illərin əvvəlində o, Urbana Universiteti kampusunun Xalq Musiqisi Klubunun iki albomunu redaktə etmişdir: Glenn Orlinin ifasında “Hell-Bound Train” adlı kovboy və rodeo mahnıları və “Green Fields of Illinois” adlı Albom.

1972-ci ildə o, İllinoys Universitetinin Nəşriyyatında köməkçi redaktor olaraq çalışmağa başlamışdır, burada 35 il ərzində çalışmışdır və 2007-ci ildə təqaüdə çıxmışdır. O, nəşriyyatdakı digər vəzifələrində icraçı redaktor, köməkçi direktor və inkişaf direktoru olmuşdur.

İlk ilində o, “Amerikada Musiqi Həyatı” seriyasının redaktoru olmuş və bu seriyanın başlamasına rəhbərlik etmişdir. O, həmçinin UI Press-in “Folklor və Cəmiyyət” seriyasını yaratmış və 1983-cü ildə “Amerikan Musiqası” elmi jurnalını nəşr etməyə başlamaqda mühüm rol oynamışdır.

“Amerikada Musiqi Həyatı” seriyası Amerikada musiqinin öyrənilməsinə həsr olunmuş ilk kitab seriyası olmuşdur. Bu seriya “folklor, ingilis ədəbiyyatı və əmək tarixi sahələrində innovativ tədqiqatlar” dərc etməyə başlamış və bu, akademik sahədə yeni bir istiqamətin formalaşmasına təsir göstərmişdir. İlk kitab Arçi Qrinin "Only a Miner: Coal-Mining Songs" adlı əsəri olmuşdur. Makalohun redaktorluğunda bu seriyada 130 kitab nəşr edilmiş və onlardan 20-si Amerikanın Musiqiçi, Yazar və Nəşriyyatçı Cəmiyyətinin mükafatını almışdır.

Karyerasının əvvəlində o, redaktor olaraq işləklə yanaşı, həm də kitab bölmələri və məqalələr yazmış və öz sahəsində çoxsaylı kitab rəyləri yazmışdır.

Peşəkar təşkilatlar və nailiyyətləri Makaloh karyerası boyu bir çox elmi təşkilatlarda fəal olmuş və 1986-2004-cü illər arasında Konqresin Amerikan Folklor Mərkəzinin İdarə Heyətinin üzvü olmuşdur. O, AFC-nin sədri olaraq iki müddət (1990–92 və 1996–98) xidmət etmiş və 2004-cü ildə fəxri müavin seçilmişdir. Həmçinin Amerika Folklor Cəmiyyətinin prezidenti olmuş (1986–87) və Amerikan Musiqişünaslar Cəmiyyətində 20 il boyunca "Amerikan Musiqisi" seriyası ilə məşğul olmuşdur. O, Amerika Musiqisi Cəmiyyətində 1989–1993-cü illərdə birinci vitse-prezident olmuş və 1991-2011-ci illər arasında müxtəlif komitələrdə çalışmışdır.

Seçilmiş nəşrləri Kitabları 1975: Stars of Country Music: Uncle Dave Macon to Johnny Rodriquez, edited by Bill C. Malone and Judith McCulloh 1982: Ethnic Recordings in America: A Neglected Heritage, edited by Judith McCulloh 1984: Folklore/Folklife, edited by Bruce Jackson, Judith McCulloh, and Marta Weigle

Məqalələri 1965: Traditional Music of America by Ira W. Ford; reprint of the 1940 edition with an introduction by McCulloh 1966: "Some Child Ballads on Hillbilly Records" in Folklore & Society: Essays in Honor of Benj. A. Botkin 1967: "Hillbilly Records and Tune Transcriptions" in Western Folklore 1970: "Indiana's Treasure Store is a Wealth of Good Old Hoosier Lore" in Folklore Forum 1975: "Uncle Absie Morrison's Historical Tunes" in Mid-South Folklore 1976: "More of Uncle Absie Morrison's Historical Tunes" in Mid-South Folklore 1978: "What is 'The Tune' " in Essays in Honor of George List 1983: "The Problem of Identity in Lyric Folksong" in The Ballad Image: Essays Presented to Bertrand Harris Bronson 1988: "Writing for the World" in Journal of American Folklore

İstinadlar

Xarici keçidlər National Endowment for the Arts podcast, 2010

Kateqoriya:Folklorşünaslar Kateqoriya:Almanəsilli amerikalılar