Çənnəb (əvvəlki adı: Çənənəb) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikasının inzibati — ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Çənənəb kənd inzibati ərazi dairəsi tərkibindəki Çənənəb kəndi Çənnəb kəndi, Çənənəb kənd inzibati ərazi dairəsi Çənnəb kənd inzibati ərazi dairəsi adlandırılmış, Çənnəb kənd inzibati ərazi dairəsinin mərkəzi Çənnəb kəndindən Üstüpü kəndinə keçirilmiş, Çənnəb kənd inzibati ərazi dairəsi Üstüpü kənd inzibati ərazi dairəsi adlandırılmışdır.

Tarixi Çənənəb Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağ ətəyindədir. Çənənab variantında da qeydə alınmışdır. 2003-cü ildən Çənnəb kimi rəsmiləşdirilmişdir. Türk dillərində çən "çəngəlin ağzı, haçalanmış bir Şey" mənasında işlənir. Yaşayış məntəqəsi də Arazın qollarından birinin ikiyə bolunduyu, haçalandığı yerdə yerləşir. Oykonim "suyun haçalandığı yer, suayrıcı" mənasındadır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..

Mədəniyyəti Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var.

Tarixi abidələri Kəreyil qalası

Coğrafiyası və iqlimi Rayonun mərkəzindən 32 km şimal-qərbdə, dağ ətəyindədir.

Əhalisi Əhalisi 538 nəfərdir. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.

İqtisadiyyatı Əhalisi bağçılıq, heyvandarlıq, əkinçilik və arıçılıqla məşğuldur.

Həmçinin bax Ordubad rayonu

İstinadlar

Kateqoriya:Ordubad rayonunun kəndləri