Keyli Speyni () — ABŞ aktrisası. Gənc aktrisanın sənət dünyasındakı parlaq debütü 2018-ci ildə "Pacific Rim Uprising" elmi-fantastik filmi ilə reallaşıb. Eyni ildə "Bad Times at the El Royale" neonuar janrlı filmdə canlandırdığı obrazla tamaşaçıların rəğbətini qazanıb.
Keyli Speni televiziya aləmində də özünəməxsus iz buraxıb. 2020-ci ildə "Devs" mini-serialında, 2021-ci ildə isə "Mare of Easttown" serialında yaddaqalan rollar yaradıb. 2023-cü ildə bioqrafik "Priscilla" filmində Prisilla Preslini canlandıraraq Venesiya Film Festivalında "Ən yaxşı aktrisaya görə" Volpi Kubokunu qazanıb, "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. 2024-cü ildə distopik janrda çəkilmiş "Civil War" filmindəki çıxışı, eləcə də "Alien: Romulus" qorxu filmindəki rolu ilə yenidən tamaşaçıların diqqət mərkəzinə düşüb.
Həyatı Keyli Speyni 1998-ci il iyulun 24-də Tennessinin Noksvil şəhərində doğulub. Səkkiz bacı-qardaşı ilə birlikdə Missuri ştatının Sprinqfild şəhərində böyüyüb. Kiçik yaşlarından səhnə sənətinə dərin maraq göstərən gənc aktrisanın uşaqlıq illəri Sprinqfild Kiçik Teatrının səhnəsində keçib, burada çoxsaylı tamaşalarda rol alıb. Speyni teatr qrupunda həftənin altı günü aktrisalıq, vokal və rəqs dərslərində iştirak edərək, peşəkar səhnə vərdişlərinə yiyələnib. Gənc aktrisa 2014–2015-ci il mövsümündə "The Wizard of Oz" tamaşasında baş rol olan Doroti obrazını canlandırıb.
İstinadlar
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları