Balaban Paşa məscidi () — Türkiyənin Ədirnə ilinin mərkəzində yerləşən XV əsrə aid məscid.
Tarixi Məscid XV əsrin əvvəllərində II Muradın səltənəti dövründə Tokat və Məntəşə bəylərbəyi Balaban Paşa tərəfindən Ədirnədə tikdirilmişdir. O, məscidlə yanaşı imarətxana da inşa etdirmişdir. Balaban Paşa vəfatından sonra məscidin həzirəsində dəfn olunmuşdur.
Dağıdılması Balaban Paşa məscidi 1920-ci illərdə dağıntılara məruz qalıb. Məscidin həzirəsindəki daşlar yol inşaatında istifadə olunmuşdur. Ədirnə Vəqflər İdarəsi 1926-cı ildə qəbul etdiyi 227 və 241 saylı qərarlarla məscidin tikinti materiallarının dağıntı kimi satılmasına qərar vermiş və məscidin materialları 30 lirəyə satılmışdır. Məscidin ərazisi 28 sentyabr 1940-cı il tarixli 78 saylı qərarla satışa çıxarılaraq 16 dekabr 1940-cı il tarixli 88 saylı qərarla Ədirnə Bələdiyyəsinin anbar məmuru və mərkəzi kollektor Osman Türkkana kvadrat metri 33 kuruşa satılıb.
Bərpası Məscid 2022-ci ildə əslinə uyğun yenidən inşasına başlanılmış, 2023-cü ildə isə istifadəyə verilmişdir.
Memarlığı Balaban Paşa məscidinin orijinalı taxta damlı və 1 minarəli idi.
Qalereya
İstinadlar
Kateqoriya:XV əsr məscidləri