Naxçıvan blokunda sualtı palçıq vulkanı– Bakıdan 95 km cənubda, Kür çayının deltasından 45 km şərqdə, dənizin dərinliyi 79 m-dən 788 m-ə qədər dəyişən kontinental şelfin kənar hissəsində və onun yuxarı yamacında iri palçıq vulkanı aşkar edilib.

Haqqında Ölçüsü 10.2*4.8 km olan və üç tərəfdən dik sürüşmə, uçulma pilləsilə hüdudlanan depressiya daxilində palçıq vulkanı qurğuları: sahəsi 14 km2 olan iri yaylanın mərkəzi hissəsində və şimal-şərq hissədə 8 m hündürlükdə, 415 m diametri olan ayrıca təpə müəyyən edilib. Yaylanın şərq yamacında 8.9 brekçiya axınları qeyd edilib. Vulkan mürəkkəb fay-qılıc strukturla təmsil edilən antiklinal qırışığın tağ hissəsində yerləşir.

Həmçinin bax Səngi Muğan palçıq vulkanı

İstinadlar

Xarici keçidlər Palçıq vulkanları qrupu DTQ

Kateqoriya:Palçıq vulkanları Kateqoriya:Azərbaycanın palçıq vulkanları