İlir Boliçi (, ) — Albaniyalı keçmiş futbolçu. Mövqeyi qapıçı olub. Hal hazırda Albaniya Milli komandasında və Tirananın "Dinamo" klubunda qapıçı məşqçisi işləyir.
Karyerası
Futbolçu Boliçi karyerasına 1984-cü ildə, doğulduğu kuçove şəhərinin doğma klubu olan Naftetari () klubunda başlayıb. Daha sonra, 1985-ci ildə Tirananı təmsil edən Dinamo klubuna keçir. "Dinamo" klubunda çıxış etdiyi altı il ərzində iki dəfə ölkə çempionu olur və iki dəfə Albaniya kubokunu qazanır.Rrëfimi i Ilir Bozhiqit: Këtë mund ta quani sezoni i portierëve — Panorama O, 1988-ci ilin iyun ayında, "Dinamo"nun heyətində, o zaman Qyteti Stalin adlanan Kuçove şəhərində, keçmiş klubu "Naftetari" klubu ilə oyunda meydana çıxır.Revolta e Kuçovës 30 vjet më parë, rrëfehet Bozhiqi: Babai më tha të mos luaja! — Panorama Bu oyun Albaniya Liqasına yüksəlmək üçün pley-off oyunu olur. Oyun ciddi iğtişaşlar və "Dinamo" komandasının avtobusunun yandırılması ilə başa çatır və "Naftrtari" bir il futbol oynamaqdan kənarlaşdırılmasına səbəb olur.Speciale/ Revolta e Kuçovës, 30 vjet nga ndeshja që shkundi sistemin monist — Panorama
O, 1991-ci ildə "Dinamo Tirana"dan Rumıniya klubu olan "Braşov" klubuna keçir. Burada 4 il oyunadıqdan sonra, 1995-ci ildə Rumıniyanın başqa bir komandası "Tractor Braşov"a keçir.The foreign footballers who played in Divizia A — Romanian Soccer Futbolçu Rumıniya çempionatında iştirak edən ilk xarici qapıçı olur.Stranierii din campionatul Romaniei (II): sezonul 1991–1992
"Braşov"dakı karyerasında, o, komanda yoldaşları Şanta, Todericiu və Adrian Ene ilə güclü rəqabət aparsa da, birinci divizionda 57 oyun keçirdir. Bu müddətdə o, rumın dilini də öyrənir və oradaya etdiyi səfərlərdən birində deyir: "Rumıniyada keçirdiyim vaxt karyeramın ən gözəl vaxtı idi. Braşovu və Şanta və Enedən başlayaraq Savoyu və Marian İvana qədər olan komanda yoldaşlarımı unuda bilmirəm."
Məşqçi İlir Boliçi futbolçu karyerasını bitirdikdən sonra qapıçılar üzrə məşqçi kimi işləməyə başlayıb. 1997–2012-ci illərdə "Dinamo", 2012–2020-ci illərdə Skenderbu, 2020–2023-cü illərdə Partizani klublarında çalışıb və 2023-cü ildə "Dinamo"ya qayıdıb. O, həm də Albaniya millisinin qapıçılar üzrə məşqçisidir və 2008-ci ildən orda çalışır.
Titulları Albaniya Superliqası: 2 1986, 1990Albania — Championship Winning Teams — RSSSF
İstinadlar
Kateqoriya:Albaniyanın kişi futbolçuları Kateqoriya:Braşov FK futbolçuları Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Albaniyalı legioner kişi futbolçular