Melloria quoyi (Qara qəssab quşu) — "Artamidae" fəsiləsinə aid olan bir qəssab quşu növü. Avstraliya, İndoneziya və Papua Yeni Qvineyada rast gəlinir. Onun təbii yaşayış mühiti subtropik və ya tropik quru enliyarpaq meşələri, subtropik və ya tropik rütubətli enliyarpaq meşələri və subtropik və ya tropik manqrov meşələridir.
Taksonomiya
2013-cü ildə aparılmış molekulyar araşdırma göstərdi ki, qara qəssab quşu Avstraliya sağsağanı (Gymnorhina tibicen) ilə qohumdur. Bu iki növün əcdadının digər qəssab quşlarından təxminən 8,3-4,2 milyon il əvvəl, Miosenin sonu ilə Pliosen-in əvvəllərində ayrıldığı, öz aralarında isə Pliosen dövründə (5,8-3,0 milyon il əvvəl) fərqləndiyi güman edilir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1827-ci ildə təsvir edilən quşlar Kateqoriya:İndoneziya quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avstraliya quşları Kateqoriya:Yeni Qvineya quşları