Maltanın Baş Naziri - ( ) Malta Respublikasının hökumət başçısı və ölkənin icraedici hakimiyyətinin ən yüksək vəzifəli şəxsidir.
thumb| Auberge de Castille, Baş nazirlik ofisi Ofisin yaradılması və inkişaflar "Nazir" ofisi 1921-ci ildə Maltaya özünüidarəetmə hüququ verildiyi vaxt yaradılmışdır. Bu vəzifə 1947-ci ildə muxtariyyət verilməsi ilə yenidən təsis edilmiş və vəzifənin adı dəyişdirilərək Maltanın Baş Naziri olmuşdur.Malta 1964-cü ildə müstəqillik əldə etdikdən sonra baş nazir vəzifəsi müasir mənada formalaşdı. İlk baş nazir George Borg Olivier olmuşdur.
Səlahiyyətləri
Nazirlər Kabinetinə rəhbərlik: Hökumətin gündəlik işinin təşkili və nazirliklər arasında koordinasiyanı təminatı. Siyasət formalaşdırma: Dövlətin daxili və xarici siyasətində əsas istiqamətlərin müəyyən edilməsi Nazirlərin təyinatı və vəzifədən azad olunması: Prezidentə nazirlərin təyinatı və vəzifədən azad olunması ilə bağlı tövsiyə verilməsi. Milli təhlükəsizlik və fövqəladə hallar: Fövqəladə vəziyyətlərdə xüsusi qərarlar qəbul edə bilmə hüququ. Parlament qarşısında məsuliyyət: Hökumətin fəaliyyəti ilə bağlı parlamentə cavabdehdir və onun etimadını qazanmalıdır. Hesabat vermə: Dövri olaraq hökumətin fəaliyyəti barədə ictimaiyyətə və parlamentə məlumat verir.
Təyinat müddəti Baş nazirin səlahiyyət müddəti birbaşa Konstitusiya ilə məhdudlaşdırılmır. Baş nazir vəzifədə parlamentdə əksəriyyətin etimadını qoruduğu müddətcə qala bilər. Əgər parlament etimadsızlıq votumu qəbul edərsə və ya Baş nazir istefa verərsə, prezident yeni baş nazir təyin edir.
Yaşayan keçmiş baş nazirlər ad Dövr Doğum tarixi Karmenu Mifsud Bonnisi 1984-1987 Eddi Feneç Adami 1987-1996 1998-2004 Alfred Sant 1996-1998 Lourens Qonzi 2004-2013 Cozef Muskat 2013-2020
Həmçinin baxın
Malta Malta dili
İstinadlar
Kateqoriya:Malta nazirləri