Akademiya — müəyyən sahə üzrə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi"Təhsil haqqında" Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli, 833-IIIQ nömrəli Qanunu ; eramızdan əvvəl IV əsrdə qədim yunan filosofu Platon tərəfindən Afina şəhəri yaxınlığındakı bağlarda əsası qoyulmuş fəlsəfi məktəbin ilk adı. Bu məktəb yunan mifik qəhrəmanı Akademin şərəfinə salınmış bağda təsis olunmuşdur.
Qədim Yunanıstanda idealist fəlsəfənin mərkəzi.
Müasir dövrdə bir çox elmi-tədqiqat idarələri, tədris və incəsənət xarakteri daşıyan bir çox müəssisələr akademiya adlandırılır.
Ədəbiyyat Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
İstinadlar
Kateqoriya:Akademiya Kateqoriya:Elmlər akademiyaları Kateqoriya:Məktəb növləri Kateqoriya:Platon Kateqoriya:İdeyalar tarixi