The New Yorker — Amerika Birləşmiş Ştatlarında nəşr olunan və məzmunu müsahibələr, şərhlər, tənqidlər, esselər, bədii ədəbiyyat nümunələri, satiralar, karikaturalar və şeirlərdən ibarət olan jurnaldır. Amerikalı jurnalist Harold Ross tərəfindən 1925-ci ildə həftəlik jurnal kimi təsis edilən bu jurnal hal-hazırda ildə 47 dəfə nəşr olunur. Doroti Parker, Ralf Barton, Aleksandr Vulkut, Rinq Lardner və Robert Bençley kimi məşhur şəxslər jurnala ilkin yarandığı dövrlərdə töhfə verənlər arasında olmuşdurlar."A New Yorker Timeline", The New Yorker, http://www.newyorker.com/magazine/timeline Onun məzmunu əsasən Nyu-York mədəniyyəti istiqamətində olsa da, jurnal Nyu-Yorkdan kənarda da böyük bir oxucu kütləsinə malikdir. Jurnal illüstrasiyalı və tematik üz qabığı, eləcə də populyar mədəniyyət istiqamətində olan şərhləri, qısa hekayələri və ədəbi tənqidləri ilə tanınır. Jurnal 1984-cü ildə Samuel İrvinq Nyuhaus tərəfindən alınmış və Advance Publications media qrupunun tərkibinə daxil edilmişdir.

İstinadlar

Xarici keçidlər

New Yorker Fiction Database 1925–2013 A Guided Tour Through The New Yorker at h2g2 How to Submit Cartoons to The New Yorker – Greg Kogan New Yorker 1925–1928 and 1950–1955 at the Internet Archive

Kateqoriya:İngilis dilində jurnallar Kateqoriya:Nyu-Yorkda nəşr olunan jurnallar Kateqoriya:The New Yorker