Fowlea piscator (Şahmatlı qayalıq ilanı) — Ümumi adı ilə "Asiya su ilanı", Suilanıkimilər fəsiləsinin "Natricinae" yarımfəsiləsinə aid olan Asiyaya endemik bir ilan növü. Bu növ zəhərsizdir.
Yaşayış yeri və çoxalma
"F. piscator"-un üstünlük verdiyi yaşayış yeri şirin su gölləri və ya çayların yaxınlığıdır.
"F. piscator" yumurtlayan bir növdür. Bir dəfəyə 30–70 yumurta qoyur, lakin bu say 4-dən 100-ə qədər dəyişə bilər. Yumurtaların ölçüsü də dəyişkəndir. Hər yumurta 1.5–4.0 sm (0.59–1.57 düym) uzunluğunda ola bilər. Dişi yumurtalar çatana qədər onları qoruyur. Hər bala təxminən 11 sm (4.3 düym) uzunluğunda olur.Das I (2002). A Photographic Guide to Snakes and other Reptiles of India. Sanibel Island, Florida: Ralph Curtis Books. 144 pp. . (Xenochrophis piscator, p. 48).
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Pakistan sürünənləri Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər