– Yaponiya animasiya studiyası. "A-1 Pictures" animasiya studiyasının tərkibində olmuş "Koenji" studiyasının rebrendinqi nəticəsində yaradılmışdır. Studiya hazırda anime istehsalı ilə məşğul olan "Aniplex" şirkətinin tərkibinə daxildir.

Tarixi "CloverWorks" studiyası 1 aprel 2018-ci ildə "A-1 Pictures" animasiya studiyasının "Koenji" studiyasının rebrendinqi əsasında yaradılmışdır. Studiyanın yenidən adlandırılmasının səbəbi yeni studiyanı "A-1 Pictures"in "Asagaya" studiyasından fərqləndirmək və studiyanın özünəməxsus animasiya stilini bildirmək olmuşdur.

Studiya yaradıldıqdan sonra 4 animenin istehsalçı studiyasının adı "A-1 Pictures"dən "CloverWorks"a dəyişdirilmişdir: "Slow Start", "Darling in the Franxx", "Persona 5" və "Ace Attorney" (2-ci mövsüm). "Slow Start" animesinin istehsalçı studiyasının adı anime yayımlandıqdan sonra, "Darling in the Franxx" animesinin istehsalçı studiyasının adı istehsal prosesi zamanı dəyişdirilmişdir.

1 oktyabr 2018-ci ildə "CloverWork"un "A-1 Pictures"dən ayrıldığı, lakin "Aniplex"in tərkibində qaldığı açıqlanmışdır.

İşlər Studiya tərəfindən istehsal olunmuş anime seriallarına "Darling in the Franxx" (2018), "Persona 5" (2018), "Rascal Does Not Dream" (2018), "Fairy Tail" (9-cu mövsüm, 2018), "The Promised Neverland" (2019), "Fate/Grand Order – Absolute Demonic Front: Babylonia" (2019), "The Millionaire Detective Balance: Unlimited" (2020), "Horimiya" (2021), "Wonder Egg Priority" (2021), "Shadows House" (2021), "My Dress-Up Darling" (2022), "Spy × Family" (2022), "Bocchi the Rock!" (2022), "Wind Breaker" (2024), "Black Butler: Public School Arc" (2024), "The Elusive Samurai" (2024), "Black Butler: Emerald Witch Arc" (2025), "The Fragrant Flower Blooms with Dignity" (2025) kimi anime serialları daxildir.

Studiya tərəfindən "Rascal Does Not Dream of a Dreaming Girl" (2019), "Fate/Grand Order: Final Singularity-Grand Temple of Time: Solomon" (2021), "Rascal Does Not Dream of a Sister Venturing Out" (2023), "Rascal Does Not Dream of a Knapsack Kid" (2023), "Casus ailəsi. Kod Bəyaz" (2023) anime filmləri istehsal olunmuşdur.

İstinadlar

Xarici keçidlər