Antonov dəmiryol körpüsü () — Ukraynanın Xerson vilayətində, Dnepr çayı üzərində, Odessa dəmiryolunun Xerson-Cankoy xəttinin bir hissəsini təşkil edən dağıdılmış körpü.

Tarix Ukraynanın cənub vilayətlərini və Krımı dnepr çayı üzərindən qısa və rahat yolla birləşdirmək planı hələ Böyük Vətən müharibəsinən öncə var idi. 1939-cu ildə Antonovkada dəmiryolu körpüsünün inşasına başlanılır. Sahildə ilk dayaqlar quraşdırılır. Bununla belə ikinci Dünya müharibəsi təhlükəsi ilə əlaqədar tikinti dayandırılır. 1943-cü ilə aid indiki Dneprin aşağı axarından bir neçə metr aşağıda almanların inşa etdiyi dəmir yolu körpüsünün fotoşəkilləri və kino kadrları var. 1949-cu ildə körpünün tikintisi dəmiryolu taboruna həvalə edilir. Burada qəsəbə böyüyür, sənaye sahəsi qurulur. 12 dekabr 1954-cü ildə Ukraynanın cənub sahil ərazilərini Krımla birləşdirən körpü istifadəyə verilir.Антоновскому железнодорожному мосту — 50 лет

Rusiya–Ukrayna müharibəsi zamanı Ukrayna Silahlı Qüvvələri Dnepr çayının sağ sahilində olan rus hərbi qrupunun qarşısını almaq məqsədi ilə körpünü hədəf alır. 2022-ci ilin noyabrında Dnepr çayının sağ sahilindən geri çəkilmə zamanı Rusiya Silahlı Qüvvələri Antonovdakı dəmir yolu körpüsü də daxil olmaqla Dnepr üzərindəki dörd körpünü partladır.

İstinadlar

Kateqoriya:Dnepr üzərindəki körpülər Kateqoriya:Ukraynanın dəmir yolu körpüləri