Macarıstan Birinci Dünya müharibəsində 1914–1918-ci illər arasında Avstriya-Macarıstan imperiyasının tərkibində iştirak etmişdir. Müharibə dövründə Macarıstan imperiyanın ikinci əsas tərkib hissəsi olaraq həm hərbi, həm də iqtisadi cəhətdən müharibəyə töhfə vermiş, lakin münaqişənin sonu ölkənin parçalanması və siyasi sisteminin tam dəyişməsi ilə nəticələnmişdir.

Tarixi 1867-ci ildə Avstriya İmperiyası daxilində gedən siyasi və etnik gərginliklər fonunda Avstriya və Macarıstan arasında "Avsburq kompromisi" () imzalanmışdır. Bu müqavilə əsasında Avstriya-Macarıstan İkili Monarxiyası () yaradılmışdır. Yeni strukturda imperiya iki bərabərhüquqlu hissəyə bölünmüşdür: Avstriya (Cisleytaniya) və Macarıstan (Transleytaniya). Hər iki hissə daxili siyasətdə öz parlamentinə və hökumətinə malik idi, lakin xarici siyasət, ordu və maliyyə məsələlərinin bir hissəsi birgə idarə olunurdu.Hökmdar isə həm Avstriyanın imperatoru, həm də Macarıstanın kralı titullarını daşıyan I Frans İosif idi. 1914-cü ildə Sarayevoda Avstriya taxt-tacının varisi Frans Ferdinandın serb millətçisi tərəfindən qətlə yetirilməsi, Avstriya-Macarıstan imperiyasının Serbiyaya ultimatum verməsinə və 28 iyulda müharibə elan etməsinə səbəb olmuşdur. Müharibə imperiyanın bütün hissələrini, o cümlədən Macarıstanı da avtomatik olaraq münaqişəyə daxil etmişdir. Beləliklə, Macarıstan Birinci Dünya müharibəsində faktiki olaraq Avstriya ilə birgə tərəf kimi iştirak etmişdir.

Hərbi iştirak Macarıstan, Avstriya-Macarıstan ordusunun əsas dayaq sütunlarından biri idi. Macar əhalisindən yüz minlərlə kişi orduya səfərbər olunmuş, müxtəlif cəbhələrdə döyüşlərdə iştirak etmişdi. Macar zabitləri və əsgərləri imperiyanın bir çox döyüş sahələrində önəmli rol oynamışlar.

Serbiya cəbhəsi (1914–1915) Müharibənin ilk mərhələsində Avstriya–Macarıstan ordusu Serbiyaya qarşı genişmiqyaslı hücuma başlamışdır. Macar əsgərləri bu hücumun önündə yer alırdı. Lakin Serbiya ordusunun güclü müqaviməti və xəstəliklər, xüsusilə tif və dizenteriya nəticəsində Avstriya-Macarıstan ordusu ağır itkilər vermişdir və hücum uğursuz olmuşdur. Bu dövrdə Macarıstanın müxtəlif bölgələrindən səfərbər edilən əsgərlər ilk dəfə genişmiqyaslı hərbi münaqişə ilə qarşılaşdılar.

Şərq cəbhəsi (1914–1917) Macar hissələri Qalisiya, Bukovina və Karpat dağları bölgələrində Rusiya imperiyasının ordusuna qarşı döyüşdü. Bu cəbhədə müharibə çox sərt və dağıdıcı olmuşdur. Qış aylarında Karpatlardakı döyüşlərdə macar əsgərləri həm soyuq, həm də təchizat çatışmazlığı səbəbindən ağır itkilər vermişdir. Buna baxmayaraq, bu bölgədə macar birlikləri mütəmadi olaraq müdafiə və əks-hücum əməliyyatlarında iştirak edirdilər.

İtaliya cəbhəsi (1915–1918) 1915-ci ildə İtaliya Antanta bloku ilə ittifaqa daxil olduqdan sonra Alp dağlarında Avstriya-Macarıstan və İtaliya arasında yeni cəbhə açılmışdır. Bu cəbhədə döyüşlər dağlıq ərazilərdə, çətin coğrafi və iqlim şəraitində gedirdi. Macar dağ diviziyaları burada müstəsna şücaət göstərmiş, xüsusilə İsonzo çayı ətrafındakı döyüşlərdə fəal iştirak etmişdilər.

Rumıniya cəbhəsi (1916–1917) 1916-cı ildə Rumıniya Antanta tərəfinə keçərək Avstriya-Macarıstana qarşı müharibəyə qoşulmuşdur. Rumıniyanın məqsədi, əsasən Transilvaniya bölgəsini işğal etmək idi. Lakin Macarıstan və Almaniyanın birgə əks-hücumu nəticəsində Rumıniya ordusu geri çəkilməyə məcbur olmuşdur və Buxarestin işğalı ilə nəticələnmişdir. Bu uğurda macar generalları və əsgərləri mühüm rol oynamışdılar.

Daxili vəziyyət Müharibənin uzanması və səfərbərlik səbəbilə Macarıstanda ciddi daxili böhran meydana gəlmişdir.

Sosial və iqtisadi böhran

Ərzaq qıtlığı müharibənin ilk illərindən başlayaraq artmağa başladı. Müxtəlif növ ərzaqlar, xüsusilə un, ət və yağ gündəlik həyat üçün lüks məhsula çevrilmişdir.Rothenburg, G. The Army of Francis Joseph. West Lafayette: Purdue University Press, 1976. p 218. Qiymətlərin yüksəlməsi və inflyasiya nəticəsində orta və aşağı təbəqə ciddi sosial çətinliklərlə üzləşdi. Əmək haqları real olaraq azalmışdır. Sənaye məhsullarının əksəriyyəti hərbi məqsədlərə yönəldildiyindən sülh dövrü üçün istehsal azaldı və mülki sektor çətinlik çəkmişdir.

Kənd təsərrüfatının çökməsi Macarıstan kənd təsərrüfatına əsaslanan iqtisadiyyata malik idi. Lakin müharibə dövründəA. Piahanau. "Hungarian War Aims During WWI: Between Expansionism and Separatism." Central European Papers 2#2 (2014): 95–107. http://www.slu.cz/fvp/cz/web-cep-en/journal-archive/copy_of_2013-vol-1-no-1/20140202_piahanau :

Əmək qabiliyyətli kişilərin orduya çağırılması nəticəsində tarlalar boş qalmışdır. Kənd təsərrüfatı texnikası və heyvanların müsadirəsi ilə məhsuldarlıq azalmışdır. Qida istehsalındakı bu geriləmə şəhərlərdə və cəbhə arxasında aclıq və narazılıq yaratmışdır.

Həmçinin sənaye müəssisələrində və kənd təsərrüfatında qadınlar, yaşlılar və uşaqlar işləməyə məcbur oldular. Bu, həm iqtisadiyyatın ümumi məhsuldarlığını aşağı salmış, həm də cəmiyyət daxilində narazılıqların artmasına səbəb olmuşdur. Müharibənin sonlarına doğru tətil dalğaları və etiraz aksiyaları geniş yayılmışdı.

İstinadlar

Ədəbiyyat Cornwall, Mark. "The spirit of 1914 in Austria-Hungary." Prispevki za novejšo zgodovino 55.2 (2015): 7–21. online Deak, John. "The Great War and the Forgotten Realm: The Habsburg Monarchy and the First World War," Journal of Modern History (2014) 86#2 pp 336–380. Galantai, Jozsef. Hungary in the First World War ( Budapest : Académiai kiado, 1990. * Leidinger, Hannes. "Historiography 1918-Today (Austria-Hungary)" 1914–1918 Online (2014) online Mason, John W. The dissolution of the Austro-Hungarian empire, 1867–1918 (Routledge, 2014). Mócsy, István I. The Effects of World War I: The Uprooted: Hungarian Refugees and Their Impact on Hungary's Domestic Politics, 1918–1921 (Social Science Monographs—Brooklyn College Press, 1983). Newman, John Paul, Samuel Foster, and Eric Beckett Weaver. "Austro-Hungarian War Aims in the Balkans during World War I." Journal of Genocide Research 18.4 (2016): 503–513. Piahanau, Aliaksandr. "Hungarian War Aims During WWI: Between Expansionism and Separatism." Central European Papers 2#2 (2014): 95–107.http://www.slu.cz/fvp/cz/web-cep-en/journal-archive/copy_of_2013-vol-1-no-1/20140202_piahanau Valiani, Leo, and Howell A. Lloyd. The End of Austria-Hungary (London: Secker and Warburg, 1973). Watson, Alexander. Ring of Steel: Germany and Austria-Hungary in World War I (2014).

Macarca

Kateqoriya:Macarıstan tarixi Kateqoriya:Birinci Dünya müharibəsi Kateqoriya:Xorvatiyanın müharibələri Kateqoriya:Avstriya-Macarıstan Birinci Dünya müharibəsində