Viral sözü "viruslarla əlaqəli" (kiçik canlı orqanizmlər, yoluxdurucu agentlər) deməkdir. Azərbaycan KİV-də "viruslu", "viruslaşma" kimi terminlər də işlənir.
O, həmçinin aşağıdakı mənalardan birinə istinad edə bilər:
Viral davranış və ya virallıq, virallaşma (və ya virusluq, viruslaşma) Virusun davranışına bənzər memetik davranış, məsələn:
Viral marketinq — marketinq mesajını (siyasətini) yaymaq üçün mövcud sosial şəbəkələrdən istifadə edilməsi; Viral fenomen — şəbəkə mədəniyyətinin yoluxma nəzəriyyəsi və ya "virallaşmasına" ("viruslaşma") aiddir, məsələn mem; Viral video — Çox tez bir zaman ərzində yüksək populyarlıq qazanan video.
Film, serial, kitab və başqa işlər siyahısı Viral (amerikan filmi, 2016) — amerikan elmi-fantastik qorxu dram filmi; Viral (hind filmi, 2016) — sosial mediaya əsaslanan Hindistan Bollivud filmi; Viral (veb-serial, 2014) — Braziliya komediya veb-serialı; V/H/S: Viral (amerikan filmi, 2014) — amerikan qorxu film-antologiyası; Viral: COVID-19 mənşəinin axtarışı - Alina Çand (ing. Alina Chand) və Mett Ridli (ing. Matt Ridley) kitabı.
Həmçinin bax Viruslar (ing. Virals) — Keti Rayxsın (ing. Kathy Reichs) romanlar seriyası; Virulentlik — patogenin sahibini yoluxdurmaq və ya zədələmək qabiliyyəti.