Naja sputatrix (Yava tüpürən kobrası) — Həmçinin "İndoneziya kobrası" və ya "Komodo tüpürən kobrası" adlanan, Aspidlər fəsiləsinə aid olan bir kobra növü. İndoneziyanın Kiçik Zond adalarında, o cümlədən Yava, Bali, Lombok, Sumbava, Flores, Komodo və digər adalarda rast gəlinir.

Etimologiya və adlar Naja sputatrix, "Elapidae" (Aspidlər) fəsiləsinin "Naja" cinsinə daxildir. İlk dəfə 1827-ci ildə alman entomoloqu, herpetoloqu, ornitoloqu və hüquqşünası Fridrix Boye tərəfindən təsvir edilmişdir.Beolens, Bo; Watkins, Michael; Grayson, Michael (2011). The Eponym Dictionary of Reptiles. Baltimore: Johns Hopkins University Press. xiii + 296 pp. . ("Boie", p. 31). "Naja" cins adı sanskrit dilindəki "nāgá" (नाग) sözünün latınlaşdırılmış formasıdır və "kobra" mənasını verir. "Sputatrix" epiteti isə latın dilindəki "sputator" sözündən götürülmüşdür və "tüpürən" deməkdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər