Naja nigricollis (Qara boyunlu tüpürən kobra) — Əsasən, Sahara altı Afrikada rast gəlinən "tüpürən kobra" növü.
Təsnifat
"Naja nigricollis" "Naja" cinsinə və Aspidlər fəsiləsinə daxildir. İlk dəfə norveçli zooloq Yohan Reynhardt tərəfindən 1843-cü ildə təsvir edilmişdir. Naja sözü sanskrit dilində "kobra" mənasını verən "nāgá" sözündən latınlaşdırılmışdır. "Nigricollis" isə latınca "qara boyunlu" deməkdir (niger – "qara", collis – "boyun"). Əvvəllər bu növə iki alt növ – Naja nigricollis nigricincta və Naja nigricollis woodi daxil idi. Lakin 2007-ci ildə Volfqanq Vüster və onun həmkarlarının genetik tədqiqatları nəticəsində müəyyən olunub ki, bu alt növlər ayrıca "Naja nigricincta" növü kimi təsnif olunmalıdır.Wüster, W., S. Crookes, I. Ineich, Y. Mane, C.E. Pook, J.-F. Trape & D.G. Broadley (2007) "The phylogeny of cobras inferred from mitochondrial DNA sequences: evolution of venom spitting and the phylogeography of the African spitting cobras (Serpentes: Elapidae: Naja nigricollis complex)". Molecular Phylogenetics and Evolution, 45: 437–453.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1857-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:Afrika ilanları Kateqoriya:Zəhərli ilanlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər