Əbül-Heysəm Malik ibn Təyyihan əl-Ənsari (; ) — Məhəmməd peyğəmbərin səhabəsi. O, Əqəbə beyətində, Bədr, Uhud, Xəndək və Mütə döyüşlərində iştirak etmişdir.

Həyatı Ən məşhur adı Malikdir.Ibn Kalbī, Nasab al-muʿid, vol. 2, p. 25Onun nəsəbi tam olaraq məlum deyil, əksər mənbələrdə onun Əvs qəbiləsindən olan Bəni Zaur Əbdül-Əşhal qəbiləsinə mənsub olduğu bildirilir.Ibn Kalbī, Nasab al-muʿid wa Yaman al-kabīr, vol. 2, p. 25;Ibn Hishām, al-Sīra al-nabawīyya, vol. 1, p. 433–445 Qardaşı Ubeyd (və ya Uteyk) Bədr döyüşündə vuruşmuşdur.Ibn Kalbī, Nasab al-muʿid, vol. 2, p. 25.Wāqidī, al-Maghāzī, vol. 1, p. 158 Əbul Heysəm İslam Peyğəmbərinin vəfatından sonra Əbu Bəkrin xəlifəliyinə qarşı çıxan səhabələrdən olmuşdur.Şeyx Bərqi, Rical kitabı, səh.63Madanī, al-Darajāt al-rafīʿa, p. 321Şeyx Səduq, əl-Xisal, c.2, səh. 541İbn Əbül Hədid, Nəhcül Bəlağənin şərhi, c.1, səh.143–144; Osmanın qətlindən sonra Əli ibn Əbu Talibə beyət etmişdir. Siffeyn döyüşündə Əli tərəfində döyüşərək şəhid olmuşdur.

Peyğəmbər dövründə Əbül-Heysəm və Əsəd ibn Zürarə Ənsardan İslamı qəbul edən ilk şəxslərdən olmuşdur və onlar hər iki Əqəbə beyətində Peyğəmbərə beyət etmişdilər.İbn Hishām, al-Sīra al-nabawīyya, vol. 1, p. 433, 447İslam dinini qəbul etməmişdən əvvəl monoteizm inancında olmuşdur. Peyğəmbərin yanında onunla birlikdə döyüşlərə qatılmışdır və Bədr döyüşü iştirakçılarındandır.

Fəzl ibn Şəzan nəql edir ki, İbn Təyyihan Peyğəmbərdən dərhal sonra Əliyə üz tutan ilk insanlardandır.Şeyx Tusi, İxtiyaru-mərifətil-rical, c.1, səh. 177–183

Peyğəmbərdən sonra İbn Babaveyh onu Əlinin səhabələriŞeyx Səduq, Uyunu əxbar ər-Rza, c. 2, səh.126Kəşşi, İxtiyaru mərifətul rical, səh. 38. və yoldaşlarından saymışdır. Onun Əli ilə birlikdə Cəməl döyüşündə iştirakı mənbələrdə qeyd edilmişdir.Təbəri, Tarix kitabı, c. 4, səh. 447

Kuleyni Əbül-Heysəmdən Əli ibn Əbu Talibin kəlamını nəql etmişdir ki, bu da "Talutiyyə xütbəsi" adı ilə məşhurdur.Kuleyni, Ravzatul Kafi, c.8, səh. 31.

Ölümü Əbül-Heysəm, Siffeyn döyüşündə iştirak etmiş və həmin döyüşdə Əmmar ibn Yasirdən sonra öldürülmüşdü.Seyyid Mürtəza, Nəhcül Bəlağə, xütbə 180Balādhurī, Ansāb al-ashrāf, vol. 2, p. 319

İstinadlar