Məmməd Səid Ordubadinin Ev Muzeyi – tanınmış Azərbaycan ədibi M. S. Ordubadinin anadan olduğu evdə yaradılmış muzey.
Tarixi
Muzey, M. S. Ordubadinin anadan olmasının 100 illiyi münasibətilə 1972 – ci ilin iyununda ədibin anadan olduğun mənzildə yaradılmışdır. Muzey hal hazırda Naxçıvan MR Mədəniyyət Nazirliyi nəzdindədir.
Ekspozisiya
Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif sənədlər, orada yaşadığı dövrə aid xatirə əşyaları, portretlər, əsərlərinin müxtəlif illərdə və dillərdə nəşrlərindən nümunələr, məktub və əlyazmaları, M. S. Ordubadi ilə ünsiyyətdə olmuş görkəmli şəxslərin fotoşəkilləri, xatirələri və s. qorunub saxlanılır. Muzey eyni zamanda M. S. Ordubadinin ədəbi irsinin öyrənilməsi sahəsində də fəaliyyət göstərir.
İstinadlar
Kateqoriya:Məmməd Səid Ordubadi Kateqoriya:Ordubad Kateqoriya:Naxçıvan muzeyləri Kateqoriya:İyunda yarananlar Kateqoriya:1972-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycandakı bioqrafik muzeylər Kateqoriya:Azərbaycandakı ev-muzeylər Kateqoriya:Naxçıvanın görməli yerləri Kateqoriya:1972-ci ildə yaradılmış muzeylər