Yaqub Məmməd oğlu Məmmədov — Azərbaycan-sovet hüquqşünası, Azərbaycan SSR prokuroru.
Həyatı Yaqub Məmməd oğlu Məmmədov 1908-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur. O, 1929-cu ildən Azərbaycan Kommunist Partiyasının üzvü olmuşdur. Məmmədov 1930–1931-ci illərdə Əli Bayramlı partiya rayon komitəsində təlimatçı, 1931–1932-ci Azərbaycan Kommunist Partiyasının təlimatçısı kimi işləmişdir. O, 1935–1936-cı illərdə illərdə isə Azərbaycan Respublikası prokuroru vəzifəsində çalışmışdır. SSRİ Konstitusiyası qəbul olunduqdan sonra başqa işə keçmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR prokurorları