Ferdinand Qonzaqa (; ) — VI Mantuya hersoqu.

1587-ci ildə dünyaya gəldi. Atası Mantuya hersoqu I Vinçenzo Qonzaqa, anası isə Böyük Toskana hersoqu I Françeskonun qızı Elyanora Mediçidir. Hələ atasının sağlığında 10 dekabr 1607-ci ildə papa V Pavel tərəfindən kardinal təyin edildi.

1612-ci ildə qardaşı IV Françesko geridə varis qoymadan vəfat etdi və Ferdinand öz istəyilə dini vəzifələrindən imtina edərək taxta çıxdı. 1615-ci ildə tacqoyma mərasimi keçirildi. 1616-cı ildə gizlicə Kamilla Fay ilə evləndi və həmin il oğul övladının dünyaya gəlməsinin ardından cütlük boşandı. Ancaq bu nigah rəsmi sayılmadı və oğlu taxt hüququndan məhrum edildi.

Françesko Qonzaqa (1616-1630)

İkinci evliliyi isə 16 fevral 1617-ci ildə Böyük Toskana hersoqu I Ferdinandın qızı Yekaterina Mediçi ilə evləndi. Ancaq bu nigahından övladı olmadı.

Mənbə

İstinadlar

Kateqoriya:İtaliya kardinalları Kateqoriya:Qonzaqa sülaləsi