Eldar Şahbaz oğlu Quliyev (, ) — Ukraynalı peşəkar futbolçu. Hal hazırda Azərbaycan Premyer Liqasında çıxış edən Zirə klubunun yarımmüdafiəçisidir. O, həmçinin Ukraynanın U-21 və U-23 milli komandalarında çıxış etmişdir. Futbolçu Azərbaycan əsillidir.
Şəxsi həyatı Eldar Quliyev 24 mart 2002-ci ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. Ata tərəfdən babası Azərbaycanın Əməkdar elm xadimi Hətəm Quliyevdir.
Karyerası
Klub Eldar Quliyev futbol karyerasına 2011-ci ildə Kiyevin "Dinamo" klubunun akademiyasında başlamışdır. Daha sonra "Dnipro", "Arsenal Kiyev" və "Şaxtyor Donetsk" klublarının gənclər komandalarında çıxış etmişdir.
2019-cu ildə "Mariupol" klubunda peşəkar karyerasına başlamış və burada 7 oyuna çıxmışdır.
2021-ci ildə "Minay" klubuna transfer olunmuş və burada 30 oyunda 1 qol vurmuşdur.
2023-cü ilin fevral ayında Azərbaycan Premyer Liqası təmsilçisi "Zirə" klubuna 100 min avro qarşılığında transfer olunmuş və 3.5 illik müqavilə imzalamışdır. "Zirə" klubunda 67 oyuna çıxaraq 2 qol vurmuşdur.
Milli komanda Eldar Quliyev 2018-ci ildə Azərbaycanın U-16 milli komandasında 1 oyun keçirmişdir. 2022-ci ildə isə Ukraynanın U-21 milli komandasına dəvət almış və burada 2 oyunda 1 qol vurmuşdur. İlk qolunu Ermənistan U-21 komandasına qarşı oyunda vurmuşdur.
2024-cü ildə Ukraynanın U-23 (olimpiya) milli komandasına dəvət almış və Yaponiyaya qarşı yoldaşlıq oyununda iştirak etmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan əsilli ukraynalılar Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Ukraynanın kişi futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Ukrayna futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanda legioner Ukrayna idmançıları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Ukrayna azərbaycanlıları