I Janfrançesko Qonzaqa (; ) — I Mantuya markizi. O, həmçinin "Xalqın komandanı" ünvanı daşıyan kondotyer idi.
1395-ci ildə dünyaya gəldi. Atası Mantuya lordlarından kondotyer I Françesko Qonzaqa, anası isə Rimini lordu I Qaleotto Malatestanın qızı Marqaritadır.
1407-ci ildə atasının vəfatıyla Mantuya şəhərinin idarəsini ələ aldı. Ancaq hələ 12 yaşında idi və bu səbəblə, dayısı I Karlo Malatestanın himayəsində qaldı. 1409-cu ildə uzaq qohumu Paola Malatesta ilə evləndi. Cütlüyün bu nigahdan 8 övladı dünyaya gəldi.
III Lüdovik Karlo Qonzaqo (1417-1456), Marqarita Qonzaqo (1418-1439) Rodolfo (1420) Janlusido (1421-1448) Frederik (1422) Sesilya Qonzaqo (1426-1451) Alessandro (1427-1466)
22 sentyabr 1433-cü ildə 12 min qızıl florin xərac ödəyərək Müqəddəs Roma imperatoru Sigizmunddan markqraf ünvanı satın aldı. 1412-ci ildə Papa dövləti, 1417-ci ildə Malatestalar üçün döyüşdü və 1434-cü ildən etibarən Venesiya Respublikasının hərbi komandanı olaraq xidmət etdi. Daha sonra tərəf dəyişərək Milan hersoqu Filippo Mariya Vizkonti üçün Venesiyaya qarşı döyüşdü. Bu isə bəzi kiçik bölgələrin əlindən çıxmasına səbəb oldu.
Mənbə
74
İstinadlar Kateqoriya:Qonzaqa sülaləsi