Goyko Bozoviç (, 2 may 1972, Pljevlja, Monteneqro, Yuqoslaviya) — serb şairi, ədəbiyyatşünası, esseisti və naşiri. Arxipelaq nəşriyyatının qurucusu, Avropa Ədəbiyyatı Festivalının təsisçisi.
Həyatı Goyko Bozoviç 2 may 1972-ci ildə Monteneqronun şimalındakı Pljevlja şəhərində anadan olmuşdur. Belqrad Universitetinin filologiya fakültəsini bitirmişdir. Təhsilini tamamladıqdan sonra kitab redaktorluğu və nəşriyyat işi ilə məşğuldur. O, 2007-ci ildə yaradılmış Serbiyanın nüfuzlu yayın evlərindən olan "Arxipelaq" nəşriyyatının təsisçisi və direktorudur.
Belqradda keçirilən Avropa Ədəbiyyatı Festivalının yaradıcısı və baş redaktoru kimi fəaliyyət göstərir. O, həmçinin Serbiya PEN Mərkəzinin vitse-prezidentidir.
Hazırda Serbiyanın paytaxtı Belqrad şəhərində yaşayır.
Yaradıcılığı Goyko Bozoviç şeir və esse yaradıcılığı ilə məşğuldur. Q, şeiri sərbəst, qafiyəsiz və əsasən ritmik olmayan formalarda yazır. Şeirlərinin əsas mövzusunu ölkəsinin tarixində insanların şəxsi talelərində əks olunan faciəli məqamlar təşkil edir. Müəllifin müxtəlif mövzularda yazdığı şeirləri və esseləri bir çox dillərə tərcümə edilmişdir. Əsərləri Makedoniya, Bolqarıstan, Rusiya, Xorvatiya, Ukrayna və Rumıniyada yayınlanmışdır.
Goyko Bozoviç çağdaş serb poeziyası və nəsri ilə bağlı antologiyalar hazırlamış və yayınlamışdır.
Əsərləri Şeir kitabları Yeraltı Kino / Подземни биоскоп (1991) Heyvan ruhu / Душа звери (1993) Əşyalar haqqında mahnılar / Песме о стварима (1996) Arxipelaq / Архипелаг (2002) Elementlər / Елементи (2006) Yaxınlıqdakı tanrılar / Оближња божанства (2012) Xəritə / Мапа (2017) Günortanın səssiz heyvanı / Тиха зверка поднева (2019) Qaranlığa batdıqca / Док тонемо у мрак (2021)
Esse kitabları Zamanında şeir (2000) Sevdiyimiz yerlər (2009) Ədəbiyyat və günlər (2018) Sərhədsiz krallıqlar (2019) Oyuncaq taleyi (2020) Bioqrafiyalar və yara izləri: Kis, Pekic, Tisma (2022) Mahnının mənşəyi (2023) Hardasa epoxalar arasında (2024)
Antologiyaları Çağdaş Serb poeziyası antologiyası (2005, 2007) Sevdiyimiz yer (2006, 2011) Ətrafımızdakı dünya (2009, 2018)
Mükafatları "Matic's Scarf" Poeziya Mükafatı "Brana Çvetkoviç" Mükafatı "Djura Jaksic" Mükafatı "Branko Çopiç" Mükafatı Avropa Giovani Uluslararası Poeziya Mükafatı "Koçiçin lələyi" Mükafatı "Koçiçin kitabı" Mükafatı "Graçanika Xartiyası" Mükafatı Bazjakın Böyük Xartiyası Mükafatı "Serb Güzgüsü" Mükafatı "Eminesku" Mükafatı "Borislav Pekiç" Yazı Mükafatı
İstinadlar Gojko Božović biography Gojko Božović – Arhipelag Former Yugoslav nations deserve peace