Stanislav Vladimiroviç Aseyev () və ya təxəllüsü ilə Stanislav Vasin (; ) — Ukrayna yazıçısı, jurnalisti, insan hüquqları müdafiəçisi, "Justice Initiative Fund"un təsisçisi.Justice Initiative Fund O, "Melxior fili və ya Düşünən adam" romanının müəllifidir. Aseyev Stanislav Vasin təxəllüsü ilə Donetskdə "Azadlıq Radiosu"nun frilans müxbiri kimi çalışmışdır. O, 11 may 2017-ci ildə Donetsk Xalq Respublikası tərəfindən casusluq ittihamı ilə saxlanılmış və 29 dekabr 2019-cu ilə qədər Donetsk Xalq Respublikasının həbsxanasında saxlanılmışdır. Aseyev həmin tarixdə Ukrayna ilə DXR arasında keçirilən mübadilə çərçivəsində azad edilmişdir.

Həyatı Stanislav Vladimiroviç Aseyev 1 oktyabr 1989-cu ildə Donetsk şəhərində anadan olmuşdur. O, 2006-cı ildə Makeyvka şəhərində orta məktəbi bitirmişdir. 2010-cu ildə Donetsk Dövlət İnformatika və Süni İntellekt İnstitutunun Fəlsəfə və Dinşünaslıq fakültəsinin fəlsəfə ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Aseyev 2012-ci ildə magistr dərəcəsi üçün Donetsk Milli Texniki Universitetinin Kompüter Elmləri və Texnologiyaları fakültəsinin dinşünaslıq ixtisasından fərqlənmə diplomu ilə məzun olmuşdur. Onun elmi maraq dairəsinə XX əsrin Fransa və Almaniya ontologiyası daxildir.

Aseyev ali təhsil aldıqdan sonra Fransaya gedərək Fransa Xarici Legionuna qoşulmaq istəmişdir. O, Ukraynaya qayıtdıqdan sonra ümumilikdə on beş müxtəlif peşə dəyişmişdir. Bunlar arasında yükləyici, bankda təcrübəçi, qəbirqazan, poçt şirkətində operator və məişət texnikası satıcısı-konsultant kimi işlər olmuşdur.

Yaradıcılığı thumb|341x341пкс|Frensis Fukuyama və Stanislav Aseyev Münxendə olan zaman.

Stanislav Adeyevin əsas əsəri avtobioqrafik "Melxior fili və ya Düşünən adam" romanıdır. Roman 2015-ci ildə Rusiyanın "Yunost" ədəbi-bədii jurnalında dərc olunmuş, 2016-cı ildə isə Kiyevdə "Kayala" nəşriyyatında ayrıca kitab kimi nəşr edilmişdir. Romanda müəllifin Ukraynanın siyasi və mənəvi reallıqlarındakı həyatı təsvir olunur. Burada Donbass müharibəsinə çox diqqət yetirilir, bu müharibə müəllifin fəlsəfi qiymətləndirmələri və nəticələri prizmasından təsvir edilir. "Yunost" jurnalının baş redaktoru Valeri Dudarevin sözlərinə görə:

2018-ci ildə Aseyevin "İzolyasiyada" kitabı nəşr olunmuşdur. O, burada İzolyasiya həbsxanasında keçirdiyi müddəti təsvir etmişdir.

Jurnalistika fəaliyyəti Stanislav Aseyev jurnalist kimi "Zerkalo nedeli" qəzeti, "Ukrayinska nedelya" jurnalı və "Azadlıq Radiosu" ilə Stanislav Vasin təxəllüsü ilə əməkdaşlıq etmişdir.

Casusluq ittihamı 2017-ci ilin iyununda "Zerkalo nedeli" qəzetinin siyasət şöbəsinin baş redaktoru Sergey Raxmanin bildirmişdir ki, Aseyev 2 iyun tarixindən etibarən həmkarları ilə əlaqə saxlamır, zənglərə cavab vermir, harada olduğu məlum deyil və onun mənzilində axtarış aparılmışdır.

16 iyulda Aseyevin dostu və kurs yoldaşı, keçmiş Ukrayna xalq deputatı Yeqor Firsov Donetsk Xalq Respublikasının rəsmi məlumatına əsasən bloqerin casusluq ittihamı ilə saxlanıldığını, Aseyevin anasına bu barədə "yazılı təsdiq" verildiyini bildirmişdir.Террористы официально подтвердили: пропавший Асеев в них, обвиняют в "шпионаже" // Эспрессо TV, 16.07.2017 5 iyulda Firsov öz "Facebook" səhifəsində Aseyevin etiraz aclığı aksiyasına başladığını açıqlamışdır.Пленный донецкий журналист Асеев объявил голодовку // УНН, 05.07.2018

"Human Rights Watch" bəyan etmişdir ki, "DXR hakimiyyəti Stanislav Aseyevin məcburi itkin düşməsini dərhal dayandırmalı, onun saxlanılmasını rəsmən təsdiqləməli və azad etməlidir", həmçinin "beynəlxalq hüquq tələblərinə uyğun olaraq, bu ağır cinayətə görə məsul şəxsləri araşdırmalı və cəzalandırmalıdır". "Human Rights Watch" təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin direktoru Hyu Vilyamson qeyd etmişdir ki, "DXR hakimiyyətinin Aseyevin saxlanılmasını rəsmi olaraq təsdiqləməməyinə baxmayaraq, bizim heç bir şübhəmiz yoxdur ki, bloger Donetskdə DXR təhlükəsizlik orqanlarının əlindədir və xarici dünya ilə əlaqə olmadan həbsdə saxlanılır".

"Amnesty International" açıq müraciətlə bütün həssas insanlara DXR rəhbəri Aleksandr Zaxarçenkoya, DXR Dövlət Təhlükəsizlik naziri Vladimir Pavlenkoya və DXR insan hüquqları üzrə müvəkkili Darya Morozovaya Aseyevin azad edilməsi üçün müraciət etməyə çağırış etmişdir. "Sərhədsiz reportyorlar" təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Yohan Bir DXR-ni Aseyevin azad etməyə çağırmışdır.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının mətbuat azadlığı üzrə nümayəndəsi Arlem Dezir bəyan etmişdir ki, "Stanislav Aseyevin davam edən qanunsuz saxlanılması iyrənc və dözülməzdir", çünki "jurnalist artıq bir ildir ki, əsirdir və jurnalistə girişin olmaması onun taleyi ilə bağlı narahatlıqları daha da artırır". O həmçinin, Aseyevin "humanitar səbəblərə görə və prinsip etibarilə dərhal azad edilməsini" tələb etmiş və "bütün ATƏT üzvü dövlətləri Donetskda müvafiq tərəflərə təzyiqi artırmağa" çağırmışdıt. Dezif əlavə etmişdir ki, "bu məsələdə təsirə malik olan bütün maraqlı tərəflər Stanislav Aseyevin azad edilməsinə kömək etməlidir". Bundan əlavə, Jurnalistləri Müdafiə Komitəsi, Avropa Jurnalistlər Federasiyası, Norveç Helsinki Komitəsi və PEN-klub jurnalistin azad edilməsini tələb etmişdir.

Stanislav Aseyev 29 dekabr 2019-cu ildə "76-ya qarşı 127" mübadiləsi çərçivəsində əsirlikdən azad edilmişdir. Onunla birlikdə jurnalist Oleq Qalazyuka da azad olunmuşdur.

thumb|344x344px|Stanislav Aseyev Münxen Təhlükəsizlik Konfransında.

Siyasi fəaliyyəti Stanislav Aseyev azad edildikdən sonra aktiv sosial və siyasi mövqe tutmuşdur. O, Rusiyada, Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası ərazisində qeyri-qanuni həbsxanalarda saxlanılan məhbusların hüquqları məsələsi ilə məşğul olmuşdur. Aseyev 29 yanvar 2020-ci ildə Avropa Şurasında çıxış etmiş, burada Şuraya üzv ölkələrdən əsirlərin azad edilməsi üçün Rusiyaya təzyiq göstərmələrini xahiş etmişdir. O, 15 fevral 2020-ci ildə Münxen Təhlükəsizlik Konfransında çıxış etmiş, DXR silahlı qüvvələrinin məhbuslara qarşı amansız rəftarından danışmışdır. Aseyev 14 fevralda Praqada "Azadlıq Radiosu"nun ofisində bir qrup ABŞ senatoru ilə görüşmüş və işğal olunmuş Donbassda qalan məhbusların azad edilməsi məsələsini müzakirə etmişdir.

"Palıç" işi Aseyev İzolyasiya həbsxanasından azad edildikdən bir yarım il sonra həbsxananın baş komendantı Denis Kulikovskinin, yəni Palıçın Kiyevdə sərbəst yaşadığını öyrənmişdir. O, Xristo Qrozev və istefada olan Ukrayna xüsusi xidmət polkovniki Roman Çervinski ilə birlikdə araşdırma aparmış və bu, Palıçın Kiyevdəki ünvanının aşkarlanmasına və Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həbs edilməsinə səbəb olmuşdur.

thumb|Aseyev və Xristo Qrozev.

Kiyev məhkəməsi Palıç-Kulikovskiyə 15 illik həbs cəzası vermişdir.

Ukrayna Silahlı Qüvvələrində 2023-cü ildə Aseyev Ukrayna Silahlı Qüvvələrinə piyada əsgəri kimi qoşulmuşdur.

2024-cü ildə Stanislav Donbassda gedən döyüşlər zamanı sarsıntı keçirmiş və xəstəxanada reabilitasiya olunmuş, sonra cəbhəyə qayıtmışdır. O, iki ay sonra boyun və sinə nahiyəsində daha ağır mina-parça yarası almış və yenidən xəstəxanaya yerləşdirilmişdir.

Rəylər Stanislav Aseyevin dostu və kurs yoldaşı, keçmiş Ukrayna xalq deputatı Yeqor Firsovun sözlərinə görə, o, jurnalist vəzifəsi olaraq Donetskdə qalmağı və baş verən hadisələri obyektiv şəkildə təsvir etməyi öz borcu hesab edirdi:Анна Бродски-Кротти, Лев Дроздов Шпион, изучавший Канта // Новая газета, 02.08.ю2017

Öz növbəsində, Kiyevdə yerləşən "Kayala" nəşriyyatının direktoru Tatyana Retivova qeyd etmişdir: "Onu nə Ukrayna, nə də Rusiya milliyyətçiliyi maraqlandırır. O, bu səviyyədə dialoq koordinatlarından kənardadır. Aseyev daha çox XX əsrin Fransa və Almaniya ontologiyası ilə maraqlanır".

Mükafatların "Şərqi Avropanın Azad Mətbuatı" Mükafatı (2020) Söz Azadlığının Müdafiəsi üzrə Milli mükafat (2020) Taras Şevçenko adına Ukrayna Milli mükafatı (2021) Dianna Ortis adına Cəsarət mükafatı (2023) NNW Beynəlxalq Film Festivalında "Azadlığa qapı" mükafatı

Əsərləri Асеев С. В. Шестой день: сб. поэм, рассказов и стихов.— Донецк: Норд-Пресс, 2011.— 207 с.— ISBN 978-966-380-480-4 Асеев С. В. Андерхилльские ведьмы: драма: в 2 ч. Проза.— Донецк: Донбасс, 2011.— 228 с.— ISBN 978-617-638-065-8 Асеев С. В. Мельхиоровый слон, или Человек, который думал: Роман-автобиография // Юность.— 2015.— № 1–6. Асеев С. В. Мельхиоровый слон, или Человек, который думал: роман-автобиография.— К.: Каяла, 2016.— 267 с.— ISBN 978-617-7390-05-2 В ізоляції / Станіслав Асєєв, тексти, фото; передм. Мар’яни Драч, Сергія Рахманіна, Дмитра Крапивенка; ілюстр. Сергія Захарова // К.: Люта справа, 2018.— 208 с.— ISBN 978-617-7420-18-6.

İstinadlar

Kateqoriya:Ukrayna yazıçıları Kateqoriya:Ukrayna jurnalistləri