Janna Nikolayevna Litvina (; ) — Belarus jurnalist və söz azadlığı fəalı. 1995-2015-ci illərdə Belarus Jurnalistlər Assosiasiyasının sədri vəzifəsində çalışıb. Həyatı Söz azadlığı fəalı olan Janna Litvina 30 avqust 1954-cü ildə Minsk yaxınlığındakı Vadapojda anadan olub. İlk təhsilini də burda alıb. 1971-ci ildə Belarus Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra 1976-1994-cü illərdə Belarus SSR Televiziya və Radio üzrə Dövlət Komitəsinin strukturlarında (1991-1994-cü illərdə - Belarus Respublikası Televiziya və Radio üzrə Dövlət Komitəsi) çalışıb. Komitədə Janna Litvina kiçik redaktorluqdan radio redaksiyasının baş redaktoru vəzifəsinə qədər yüksəlib. "Belarus gəncliyi" studiyasının baş redaktoru olub. Studiya Aleksandr Lukaşenko 1994-cü il prezident seçiləndən sonda bağlanıb, Litvina isə işdən qovulub. 1994-cü ildən BM Inform şirkətinin baş direktorudur. 1995-ci ildə o və bir neçə həmkarı 1996-cı ildə hakimiyyət tərəfindən bağlanan müstəqil xəbər və musiqi stansiyası olan Radio 101.2-ni yaratmış və idarə etmişdi.

Təsisçisi olduğu Radio 101.2-nin bağlanması Litvinanı ölkəni tərk etməyə vadar etdi. O, Belarus hakimiyyətinin təqiblərinə məruz qalmamaq üçün Polşadan jurnalist fəaliyyətini davam etdirməyə başladı. Janna Litvina 1994-1999-cu illərdə “Azadlıq Radiosu”nun Minsk ofisinin müxbiri və direktoru işləyib.

Litvina 1996-cı ildə jurnalistlərin hüquqlarını qorumaq, söz azadlığını, ictimaiyyətin məlumat əldə etməsini təşviq etmək və Belarusda hakimiyyət tərəfindən təzyiqlərə məruz qalan jurnalistlərə hüquqi yardım göstərmək məqsədilə yaradılmış qeyri-hökumət təşkilatı olan Belarus Jurnalistlər Assosiasiyasının həmtəsisçisi və ilk sədri kimi fəaliyyət göstərib.

2004-cü ildə Janna Litvina Avropa Parlamentində Belarus Jurnalistlər Assosiasiyasına Saxarov mükafatının verilməsi münasibətilə çıxışı zamanı fikirlərini belə ifadə edib: “Biz bu avtoritar rejimə qarşı yalnız informasiya üzərində dövlət inhisarını qırmaqla, ifadə və fikir azadlığı, müzakirələr və forumlar üçün yer olan açıq informasiya məkanı sistemi yaratmaqla mübarizə apara bilərik”.

Litvina 25 aprel 2015-ci ildə Belarus Jurnalistlər Assosiasiyasının rəhbəri vəzifəsindən istefa verib. Onun yerinə məşhur jurnalist Andrey Bastunets keçib.На старшыню БАЖ абраны Андрэй Бастунец , :ru:Радыё Свабода, 25.04.2015

Fəaliyyətinə qiymət "Belarusda Kim Kimdir" kitabının müəllifləri onu "nəcib bir iş üçün qurban verməyə hazır olan əvəzolunmaz bir altruist" kimi təsvir ediblər. Şəxsi həyatı Janna Litvina evlidir. Dindardır (Pravoslav) və partiyasızdır. Mükafatları 2003-cü ildə Azadlıq Qızıl Qələmi mükafatını alıb. O, jurnalistikasına və "Prezident Aleksandr Lukaşenkonun media repressiyalarına cəsarətli müqavimətinə" görə mükafatlandırılıb; 2004-cü ildə o, Jurnalistikada Dürüstlüyə görə Louis Lyon Mükafatına layiq görülüb; 2008-ci ildə İnsan Hüquqları üzrə Ebert Fondunun mükafatını alıb.

Ədəbiyyat

İstinadlar

Xarici keçidlər Oslo Freedom Forum

Kateqoriya:Belarus dissidentləri