Buteogallus anthracinus — qartallar, qırğılar və kərkəslər də daxil olmaqla "Accipitridae" ailəsinə aid yırtıcı quş növü.
Təsvir Buteogallus anthracinus 43–53 sm uzunluğunda və orta hesabla 930 q ağırlığındadır. Çox geniş qanadları var və əsasən qara və ya tünd boz rəngdədir. Qısa quyruğu tək bir geniş ağ zolaq və ağ ucu olan qara lələklərdən təşkil olunub. Dimdiyi qaradır, ayaqları və mumlu hissəsi sarıdır. Yetkinlər zolaqlı quyruqlu qırğılara bənzəyirlər, lakin quyruqlarında daha az ağ zolaq var və ölçüləri daha böyükdür. Cinslər eynidir, lakin yetkin olmayan quşlar tünd qəhvəyidir. Alt hissələri tünd ləkələrlə bej və ya ağmtıldır, quyruğunda bir sıra qara və ağ zolaqlar var.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənub-qərbi ABŞ quşları Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:Şimali Amerika quşları Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:1830-cu ildə təsvir edilən quşlar