I Ferdinand (; ) — Parma hersoqu.
Həyatı 20 yanvar 1751-ci ildə Kolorno sarayında dünyaya gəldi. Atası İspaniya kralı V Filippin oğlu Parma hersoqu İnfant Filipp, anası isə Fransa kralı XV Lüdovikin qızı Luiza Yelizavetadır. 1759-cu ildə anası, 1765-ci ildə isə atası vəfat etdi və I Ferdinand adıyla Parma taxt-tacına sahibləndi. Hələ 14 yaşında idi və bu səbəblə səltənəti əmisi III Karl və babası XV Lüdovikin kölgəsi altında keçdi.
Uzun müzakirələrin ardından Müqəddəs Roma imperatriçası Mariya Terezanın qızı Mariya Amaliya ilə evlənməsinə qərar verildi. 27 iyun 1769-cu ildə Vyanada baş tutan formal nigah mərasiminin ardından gəlin namizədi Vyanadan ayrıldı və 19 iyulda Kolorno sarayında toy mərasimi baş tutdu. Cütlüyün 9 övladı dünyaya gəlsə də, bunlardan beşi yetkinlik yaşına çatmadı.
Karolina, Saksoniya şahzadəsi I Lüdovik, Etruriya kralı Mariya Antoniya (1774-1841) Mariya Şarlotta (1777-1813) Filipp (1783-1786) Mariya Antuanetta (1784-1785) Mariya Luiza (1787-1789) Ölü doğulan əkiz qız və oğlan uşaqları (21 may 1789)
Napoleon Bonapartın rəhbərlik etdiyi Fransa Respublikası və İspaniya krallığı arasında imzalanmış Aranjuez müqaviləsinə əsasən, hersoqluq Fransaya ilhaq edildi. Ancaq I Ferdinand buna qarşı çıxdı və hakimiyyəti əldən vermədi. Buna baxmayaraq qısa zaman sonra - 9 oktyabr 1802-ci ildə anidən vəfat etdi. Ölümü şübhəli olaraq qəbul edildi.
Mənbə
Ədəbiyyat
Carrai, Guido (2018). Maria Amalia, duchessa di Parma e Piacenza 1746-1804. ISBN 978-80-270-3974-6 Stanga, Idelfonso (1932). Maria Amalia di Borbone duchessa di Parma 1746-1804 Spiazzi, Raimondo (1993). Cronache e fioretti del monastero di San Sisto all'Appia
İstinadlar Kateqoriya:İtaliya şəxsləri