Muscicapa dauurica (Asiya boz milçəkqapanı) — Milçəkqapanlar fəsiləsinə (Muscicapidae) aid olan kiçik ölçülü quş növü. "Muscicapa" sözü Latınca "musca" (milçək) və "capere" (tutmaq) sözlərindən gəlir. Növün epiteti olan "dauurica" isə cənub-şərqi Sibirin bir bölgəsi olan "Dauriya"ya istinad edir..
Bu həşəratla qidalanan növ Yaponiya, şərqi Sibir və Himalaylarda çoxalır. Qışı isə tropik cənubi Asiyada, cənubi Hindistan və Şri-Lankadan İndoneziyaya qədər olan ərazilərdə keçirir. Bu növün dəqiq elmi adı mübahisəlidir.
Təsvir
Bu növ 13 sm uzunluğundadır və bu ölçüyə quyruğu da, daxildir. Daha böyük olan xallı milçəkqapana bənzəyir, lakin nisbətən daha uzun quyruğa malikdir. Tünd rəngli dimdiyi nisbətən böyük və geniş əsaslıdır. Yetkin fərdlərin üst hissələri boz-qəhvəyi rəngdədir və lələkləri yaşlandıqca daha boz rəng alır. Alt hissələri ağ rəngdədir və yan tərəfləri qəhvəyi çalarlıdır. Cavan fərdlərin üst hissələri, başı və sinəsi pulcuq şəklində qəhvəyi rəngdədir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Peter Simon Pallas tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1822-ci ildə təsvir edilən quşlar