Pica asirensis (Asir sağsağanı) — Həmçinin "Ərəbistan sağsağanı" kimi tanınan, Səudiyyə Ərəbistanına endemik olan və yüksək təhlükə altında olan sağsağan növü.

Təsvir

Asir sağsağanı təxminən 45-60 sm uzunluğunda və 240 qram ağırlığındadır. Başı, boynu, beli, sinəsi və ayaqları qara rəngdədir. Çiyinləri və qarnı isə ağ rəngdədir. Quyruğu qara rəngdədir və tünd bürünc-yaşıl metalik parıltıya malikdir. Avrasiya sağsağanı ilə müqayisədə Asir sağsağanının dimdiyi daha uzun, lələkləri daha tünd və gözləri daha qara rəngdədir. Səsləri fərqlidir və kəskin, yüksək tonlu çağırış səsləri olur. Erkək və dişi fərdlər arasında böyük fərq yoxdur, lakin gənc Asir sağsağanları yetkinlərdən daha solğun olur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər