Natalya Lvovna Zabila (; ) — uşaqlar üçün yazdığı əsərləri ilə tanınan ukraynalı Sovet yazıçısı (nasir və şair). Erkən həyatı və təhsili Natalya Zabila 1903-cü ildə Sankt-Peterburqda zadəgan ailəsində anadan olub. Onun atası Viktor Zabila, akademik-heykəltəraş Parmen Zabilanın oğlu, ukraynalı şair və Taras Şevçenkonun dostu və qohumu idi. Atasının xalası rəssam Nikolay Genin həyat yoldaşı idi. Zabilanın valideynləri Aleksandr Lyüdviqoviç Ştiqlitz adına Sankt-Peterburq Dövlət Rəssamlıq və Dizayn Akademiyasında təhsil alıblar.

Onlar ailədə yeddi uşaq var: dörd qız və üç oğlan olublar. Onların hamısı bədii ədəbiyyata, musiqiyə, rəssamlığa həvəs göstəriblər və belə bir mühitdə tərbiyə olunublar. Zabila uşaqlıqdan rəsm çəkməyi, şeirlər və nağıllar yazmağı sevirdi. O, çox mütaliə edir, xüsusən Taras Şevçenkonun əsərlərini oxumağı sevirdi.

1917-ci ildə Zabilanın ailəsi Ukraynaya köçərək kiçik Lyubotin kəndində (indiki Xarkov vilayəti) məskunlaşıb. Atası Sankt-Peterburqda qaldığından, ailənin böyük uşaqları işləməli olublar.

Zabila gimnaziyada sürətləndirilmiş kursu bitirmiş, müxtəlif vəzifələrdə çalışmış, Xarkov yaxınlığındakı Starı Lyubotın kəndində (indiki Lyubotının bir hissəsi) bir neçə il dərs demişdir. O, 1925-ci ildə Xarkov Xalq Maarif İnstitutunun tarix fakültəsini bitirib. Tələbəlik illərində Zabila uşaqlar üçün nəsr əsərlər və şeirlər yazırdı. 1924-cü ildə ilk həyat yoldaşı Sava Bojko Kamenets-Podolskidə nəşr olunan "Çervoni kordon" qəzetində onun ilk şeirini çap etdirdi. Ədəbi fəaliyyəti Yazıları "Barvinok" jurnalı və "Çervoni kordon” qəzetində dərc edilib. O, polyak, rus, fransız və digər dillərdən tərcümələr edirdi.

1936-cı ilin əvvəlində uşaq ədəbiyyatı üzrə keçirilən Ümumittifaq konfransında fəal iştirak etmişdir. N.Zabilanın iclasdakı çıxışı "Uşaq ədəbiyyatı" jurnalında (No3-4, 1936) dərc edilmişdir.

O, həm ÜmumUkrayna Proletar Yazıçılar Birliyinin, həm də 1939-cu ildən Sov.İKP-nın (bolşeviklər) üzvü olub. "İqorun yürüşü haqqında nağıl"ı ukrayna dilinə tərcümə edib.

Böyük Vətən müharibəsi illərində Natalya Zabila Qazaxıstanda yaşayıb və işləyib. Ukraynaya qayıtdıqdan sonra Xarkov yazıçılar təşkilatına rəhbərlik edib və 1947-ci ilə qədər "Barvinok" jurnalının redaktoru olub.

Yazıçı Natalya Zabilanın Stalinin Kremldə Gele Markizova ilə görüşündən bəhs edən "Hər kəs haqqında" şeiri "Molod" (Kiyev, 1951) və "Detgiz" (Leninqrad, 1951, 200 000 nüsxə; 1952, 100 000 nüsxə) nəşriyyatında rus (tərcümə edən Yelena Blaqinina) və ukrayna dillərində ayrıca illüstrasiyalı kitablar şəklində kütləvi şəkildə çap olunub. Kitabların hər iki dildəki versiyası illüstrasiyalarında Mixail Kalaşnikovun Stalin və Gelenin təsvir olunduğu fotoşəkilinin süjetindən istifadə edilib; Üstəlik, ukrayna dilindəki şeirində Gelenin adı çəkilir, lakin rus dilinə tərcümədə Gelinin adı yoxdur.

Ailəsi Natalya Zabila üç dəfə evlənib. İlk həyat yoldaşı Sava Bojko ilə 1923-cü ildə ailə həyatı qurub və 1924-cü ildə oğulları Taras dünyaya gəlib. 1925-ci ildə Nataliya ikinci həyat yoldaşı, uşaqlar üçün şeirlər yazan şair Anton Şmihelski ilə evlənib. Onların bu nikahdan, Qolodomor dövründə vəfat edən iki qızı Halina və Yasiya dünyaya gəlib.

Qızlarının ölümündən sonra Zabila rəssam Dmitri Şavıkinlə ailə həyatı qurub.

Mükafatları "Oktyabr inqilabı" ordeni (15.03.1973) "Qırmızı əmək bayrağı" ordeni (13.03.1963) "Şərəf nişanı" ordeni (24.11.1960) "Əmək igidliyinə görə" medalı (07.03.1960; 06.08.1960) digər medalları

Əsərləri Yasoçkinanın kitabı (, 1934) — Yasoçka adlı qız haqqında şeirlər toplusudur. Oğlan Yurçik və babasının heyrətamiz sərgüzəştləri (1965)  — () — qısa hekayələr toplusu. Katrusya artıq böyükdür Katrusina dələsi Sehrli meşəyə səyahət Qız Marinka haqqında Nağıllar Ağ xəz palto Hop-hop Balaca məktəbli Oğlan Yurçik və babasının heyrətamiz sərgüzəştləri (fantastik nağıllar)

Xatirəsi 1988-ci ildə "Malutka" uşaq jurnalının redaktorları ən yaxşı ədəbi əsər və ən yaxşı illüstrasiyaya görə Natalya Zabila adına ədəbi mükafatı təsis ediblər. 2013-cü ilin yanvarında Ukrayna Ali Radası Natalya Zabilanın anadan olmasının 110 illiyinin qeyd edilməsi haqqında qanun layihəsi, dövlət mükafatının əsası kimi qeydə alındı. Lyubotin şəhərində küçələrdən biri onun adını daşıyır. Ölümü Natalya Zabila 6 fevral 1985-ci ildə Kiyevdə 82 yaşında vəfat edib.

İstinadlar

Xarici keçidlər

«Забіла Н.Л.» Національна бібліотека України для дітей Сайт города Люботин Біографічна довідка Авторская страница и произведения Натальи Забилы в электронном архиве «Поэзия и авторская песня Украины»

Kateqoriya:Ukrayna tərcüməçiləri Kateqoriya:Ukrayna romançıları