Henretta d'Este (; ) — Modena hersoqu Rinaldo d'Estenin qızı, Parma hersoginyası.
1702-ci ildə Modenada dünyaya gəldi. Modena hersoqu Rinaldo d'Estenin üçüncü qızı idi. 5 fevral 1728-ci ildə Modenada bibisi oğlu olan Parma hersoqu Antonio Farneze ilə evləndirildi. 6 iyulda Parmaya gələn cütlüyün toy şənlikləri 1730-cu ilədək davam etdi. Cütlüyün övladı olmadı.
20 yanvar 1731-ci ildə əri Antonio Farneze öldü. Ölümündən bir gün öncə hamilə olduğu elan edilmişdi. Bu səbəblə, hersoqun ölümündən sonra gələcəkdə doğulacaq varisin adına dövləti idarə etməsi üçün bir naiblər komissiyası quruldu. Bu komissiyaya Henretta d'Este, bir yepiskop, bir nazir və 2 saray əyanı daxil idi. Dünyaya gələcək uşağın qız olması halında, Parma taxt-tacı İspaniya kraliçası olan Elizabet Farnezenin oğullarından birinə keçməsi qərarlaşdırıldı. Çünki Elizabet Farneze mərhum hersoqun qardaşı qızı və Farneze ailəsinin həyatda qalan yeganə nümayəndəsi idi.
Ancaq Henrettanın hamilə olub-olmaması dəqiq deyildi və Madriddə yaşayan Elizabet Farneze bu məsələni, o əsnada Parmada olan anası Doroteya Sofiya vasitəsilə araşdırmağa başladı. 1731-ci ilin mayında aparılan həkim yoxlaması onun həqiqətən hamilə olduğunu sübut etdi. Ancaq 22 iyulda imzalanan Vyana sözləşməsiylə, Elizabet Farnezenin böyük oğlu İnfant Karlos Parma taxt-tacının rəsmi varisi olaraq təsdiqləndi. Üstəlik, 13 sentyabr 1731-ci ildə edilən ikinci həkim yoxlanışı nəticəsində Henrettanın hamilə olmadığı üzə çıxdı. Beləcə, Farneze ailəsinin oğul şəcərəsinin quruduğu elan edildi.
Henrettanın naibəliyi bitdi və qalan ömrünü Parmada və Piaçensada yaşadı. 23 mart 1740-cı ildə Hesse-Darmstadlı Leopoldla evləndi. Ancaq bu evliliyindən də övladı olmadı. Ərinin 1764-cü ildə ölməsi ilə ikinci dəfə dul qaldı. Özü isə 30 yanvar 1777-ci ildə vəfat etdi.
İstinadlar Kateqoriya:D'Este Kateqoriya:Farneze ailəsi