"United24" (, ) — Rusiya–Ukrayna müharibəsində Ukraynaya dəstək üçün vəsait toplamaq məqsədilə 5 may 2022-ci ildə fəaliyyətə başlayan və Ukrayna hökuməti tərəfindən idarə olunan platforma.

Tarixi 3 may 2022-ci ildə Ukrayna Baş naziri Denis Şmıqal Ukraynaya dəstək üçün vəsait toplama platformasının tezliklə işə salınacağını elan etmişdir:

5 may 2022-ci ildə Ukrayna Prezidenti Volodimir Zelenski "United24" təşəbbüsünün işə salındığını elan etmişdir. Təşəbbüsün ilk komponenti dövlətə dəstək üçün vəsait toplamaq üçün onlayn platformadır. Beynəlxalq donorlardan gələn vəsaitlər "United24" tərəfindən qəbul edilir. Toplanan vəsaitlər üç istiqamətdə bölüşdürülür: müdafiə və minalardan təmizləmə, humanitar və tibbi yardım, Ukraynanın yenidən qurulması.

Vəsaitlər Ukrayna Milli Bankının hesablarına köçürülür və müvafiq nazirliklərə — Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi və İnfrastruktur Nazirliyinə yönəldilir. Platformadakı hesabatlar hər gün yenilənir.

ABŞ-də ianələrin vergi tutulmasından azad olması ilə bağlı suala cavab olaraq belə deyilir: "UNITED24 qeyri-hökumət təşkilatı deyil, lakin beynəlxalq QHT-lərlə əməkdaşlıq edə bilər. ABŞ-dəkı rəsmi tərəfdaşı 501(c)3 qeydiyyatlı qeyri-kommersiya təşkilatı olan "Ukraine House DC Foundation"dur (EIN 872080907). Tibbi Yardım və Ukraynanın Yenidən Qurulması üçün ianələr IRS qaydalarına uyğun olaraq tamamilə vergi tutulmasından azaddır".

"Şaxtyor" Futbol Klubu 2022-ci ilin avqustunda "Ukraynaya dəstək" təşəbbüsü çərçivəsində "United24" ilə tərəfdaşlıq etmişdir. Prezident Zelenski avqustda layihə səfirləri ilə görüşərək "United24" üçün yeni gənclər proqramının yaradılmasını müzakirə etmişdir.

2022-ci ilin iyulunda "United24" təşəbbüsün yaradılmasından bəri 166 milyon ABŞ dolları ianə topladığını elan etmişdir. 2023-cü ilin mayına qədər platforma 325 milyon ABŞ dollarından çox vəsait toplamışdı. 2023-cü ilin noyabrında "United24" ianələri yarım milyard ABŞ dollarına çatmışdır. 2024-cü ilin mayında ianələr 110 ölkədən 650 milyon dollara yüksəlmişdir. 2024-cü ilin dekabrında "United24" fəaliyyətə başladığından bəri ən yüksək aylıq ianə məbləğini — 160 milyon dollardan çox vəsait toplamışdır ki, bu da platformaya il ərzində edilən ianələrin yarısını təşkil etmişdir. 2025-ci ilin fevralında ianələr 1 milyard ABŞ dollarını keçmişdir.

Səfirlər thumb|Ukrayna Prezidenti Volodimir Zelenski (ortada) "United24" səfirləri Andrey Şevçenko (solda) və Lev Şrayber (sağda) ilə görüşü. 16 avqust 2022-ci il +AdıÖlkəRoluTarixdənİstinadAndrey ŞevçenkoBirinci səfirElina Svitolinaİkinci səfirImagine DragonsSəfirlərLev ŞrayberSəfir Demna QvasaliyaSəfir Barbra StreyzandSəfirMark HemillSəfirAleksandr UsıkSəfiroktyabr 2022Skott KelliSəfirTimoti SnayderSəfirNAVIPartnyorluqBred PeyzliSəfir24 yanvar 2023Mişel HazanaviçusSəfir2 fevral 2023Ketrin VinnikSəfir1 mart 2023Bear GryllsSəfir29 mart 2023Edvard MozerSəfir29 mart 2023Mey-Britt MozerSəfir29 nart 2023Riçard BrensonSəfir10 aprel 2023Pol NersSəfir5 may 2023İvanna SaxnoSəfir5 may 2023Aleksandr ZinçenkoSəfir30 may 2023Mişa KollinsSəfir31 may 2023Xose AndresSəfir17 sentyabr 2023Mark StronqSəfir27 sentyabr 2023Alissa MilanoSəfir28 may 2024Hilari SvenkSəfir28 may 2024

Yenidənqurma işləri və ianələr 2023-cü ilin oktyabrında "United24" Nikolayev vilayətində İnqults çayı üzərindəki on doqquzuncu körpünün yenidən qurulmasını tamamlamışdır. Bu körpü "AWT Bavaria" donorunun dəstəyi və Dövlət Xüsusi Nəqliyyat Xidmətinin hərbçilərinin iştirakı ilə inşa edilmişdir.

"United24" tibbi ləvazimatların alınmasını maliyyələşdirilmiş, o cümlədən 13 ədəd "Qurkha" zirehli təcili yardım maşını sifariş etmişdir.

Bundan başqa, 2023-cü ilin oktyabrında "United24" Kiyevdə 18 yaşayış binasının yenidən qurulması işlərini həyata keçirirdi və donorlara yenidənqurma işləri haqqında məlumat vermək üçün 3D modelləşdirmə sistemindən istifadə edirdi.

Vəsaitlər həmçinin, Kiyev vilayətində yerləşən Marianovkada da daxil olmaqla bir çox yerdə məktəblərin yenidən qurulması üçün istifadə olunur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2022-ci ildə Ukrayna Kateqoriya:Xeyriyyə təşkilatları Kateqoriya:Volodimir Zelenski Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda)