Punton Neptunu () — İspaniyanın Qran-Kanariya adasındakı Telde şəhərində yerləşən, heykəltəraş Luis Arensibiya tərəfindən hazırlanmış heykəl.

Heykəl, Roma mifologiyasında dəniz və sel tanrısı olan Neptunun dənizdən çıxmasını təsvir edir.

2001-ci ildə açılışı olmuş heykəlin bir əli, 2010-cu ildə ətrafda əylənən uşaqlar və böyüklər tərəfindən zədələnmiş, bu isə dalğaların da təsiri ilə bir müddət heykəlin üçdişli yabasız qalmasına səbəb olmuşdu. 2017-ci ildə heykəl ilkin vəziyyətində bərpa edilmiş və bərpa işlərinə 23.184 avro xərclənmişdir. Bərpa işləri zamanı möhkəmlədirilmiş heykəl, paslanmaz poladdan hazırlanmış kəndirlər vasitəsi ilə, onu saxlayan qayaya bərkidilmişdir. Yaxınlıqda üzən şəxslərin heykələ dırmanması və gələcəkdə abidənin zədələnməsinin qarşısını almaq üçün, heykəlin üstü xüsusi yağ qatı ilə örtülmüşdür.

İstinadlar

Kateqoriya:2001-ci ilin heykəlləri Kateqoriya:İspaniyadakı açıq hava heykəlləri Kateqoriya:İspaniyadakı monumental heykəllər Kateqoriya:Neoklassik heykəllər Kateqoriya:Tunc heykəllər Kateqoriya:Mərmər heykəllər Kateqoriya:Poseydon heykəlləri Kateqoriya:Yunan-Roma mifologiyası antik dövrdən sonrakı heykəltəraşlıqda Kateqoriya:XXI əsrin heykəlləri Kateqoriya:İspaniyadakı heykəllər Kateqoriya:2001-ci ildə tamamlanmış binalar və tikililər