Etibarsız nağılçı və ya Nənadünyalı nağılçı — bədii ədəbiyyatda və ya digər ədəbi janrlarda hadisələri oxucuya təqdim edən, lakin söylədiklərinə tam etibar etmək mümkün olmayan qəhrəman və ya hekayəçi. Belə bir nağılçının etibarsızlığı ya bilərəkdən yalan danışmasından, ya yaddaşının zəifliyindən, ya psixoloji problemlərindən, ya da hadisələri subyektiv və təhrif olunmuş şəkildə qavramasından irəli gəlir.

Bu anlayış ilk dəfə XX əsrin əvvəllərində ədəbi tənqid və nəzəriyyə sahəsində müzakirə mövzusuna çevrilmişdir. Termin ilk dəfə 1961-ci ildə amerikalı ədəbiyyatşünas Ueyn C. But tərəfindən "The Rhetoric of Fiction" (Bədii Nəsrin Ritorikası) adlı əsərində sistemləşdirilmişdir.Unreliable Third Person Narration? The Case of Katherine Mansfield , Journal of Literary Semantics, Vol. 46, Issue 1, April 2017

Nənadünyalı nağılçı texnikası müəllifə oxucu ilə daha mürəkkəb psixoloji oyun qurmağa imkan verir. Bu texnika həm süjetin dərinləşməsinə, həm də personajın daxili aləminin təhlilinə şərait yaradır. Oxucu bu zaman hekayəyə daha aktiv yanaşmalı, nağılçının söylədiklərini təhlil etməli və əsl həqiqəti axtarmalı olur.

Xüsusiyyətləri Nənadünyalı nağılçının əsas xüsusiyyəti — oxucunun onun söylədiklərinə şübhə etməyə məcbur qalmasıdır. Əsərin gedişində müəllif və ya digər personajlar vasitəsilə nağılçının ziddiyyətləri, yalanları və ya yanlış təsəvvürləri üzə çıxarılır. Oxucu bu zaman "həqiqət"i nağılçının söylədiklərindən fərqli şəkildə dərk etməyə başlayır.

Etibarsız nağılçılar aşağıdakı səbəblərdən belə təsvir oluna bilər:

Cahillik və ya sadəlövhlük – məsələn, uşaq və ya təcrübəsiz şəxs. Psixoloji pozğunluq və ya xəstəlik – məsələn, ruhi xəstə. Yalan danışmaq və manipulyasiya etmək istəyi – qəhrəmanın niyyətindən irəli gələn etibarsızlıq.

Kinoda və digər janrlarda Etibarsız nağılçı texnikasından kinoda, xüsusilə psixoloji triller və detektiv janrlarında da istifadə olunur. Wall, Kathleen (1994). "The Remains of the Day and Its Challenges to Theories of Unreliable Narration". The Journal of Narrative Technique. 24 (1): 18–42. ISSN 0022-2925. JSTOR 30225397. ProQuest .Məşhur nümunələr arasında “The Usual Suspects” (1995), “Fight Club” (1999), “Gone Girl” (2014) filmləri göstərilə bilər. Bu filmlərdə hadisələrin fərqli bucaqlardan təqdim olunması tamaşaçının reallıqla olan münasibətini dəyişir.

İstinadlar

Ədəbiyyat

Shen, Dan: "Unreliability", in Peter Hühn (ed.): The Living Handbook of Narratology, Hamburg: Hamburg University Press. (retrieved 8. March 2021) Smith, M. W. (1991). Understanding Unreliable Narrators. Urbana, IL: National Council of Teachers of English.

Xarici keçidlər

Henry Sutton's top 10 unreliable narrators

Kateqoriya:Uydurmada etibarsız rəvayətçi Kateqoriya:Hekayə texnikaları Kateqoriya:Film və video terminləri Kateqoriya:Ədəbi üsullar