Picoides tridactylus (Avrasiya üçbarmaqlı ağacdələni) — Şimali Avropadan Şimali Asiyaya və Yaponiyaya qədər yayılmış orta ölçülü bir ağacdələn növü.
Taksonomiya Avrasiya üçbarmaq ağacdələni 1758-ci ildə İsveçli təbiətşünas Karl Linney tərəfindən "Systema Naturae" əsərində təsvir edilmişdir. Linney ona "Picus tridactylus" binominal adını vermişdir. Növün tip lokaliteti İsveçdir. Elmi adı olan "tridactylus" qədim yunan dilində "üçbarmaq" mənasını verir (tri- "üç", daktulos "barmaq"). Bu növ hazırda 1799-cu ildə fransız təbiətşünas Bernard Jermen de Laseped tərəfindən təqdim edilmiş "Picoides" cinsinə daxildir. Avrasiya üçbarmaq ağacdələni əvvəllər Amerika üçbarmaq ağacdələni (Picoides dorsalis) ilə eyni növ hesab edilirdi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Şimali Amerika quşları Kateqoriya:Avrasiya quşları Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar