Orucov Qərib Əzizəli oğlu () — Sosialist Əməyi Qəhrəmanı (1966).
Həyatı Qərib Orucov 1935-ci ildə Siyəzən rayonunun Dağ Quşçu kəndində anadan olub. 1955-ci ildən fəhlə kimi çalışmağa başlayıb. Daha sonra usta köməkçisi, tərəvəzçilik briqadası ustası kimi fəaliyyət göstərib. 1979-cu ildən — partiya komitəsinin katibi, 1982-ci ildən — Şabran rayonundakı sovxozun direktor müavini, sonradan Həmkarlar İttifaqı Komitəsinin sədri olub.
Tərəvəz, meyvə, üzüm, çay yarpağı və tütün istehsalı və tədarükü sahəsində qazandığı uğurlara görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 30 aprel 1966-cı il tarixli fərmanı ilə ona Sosialist Əməyi Qəhrəmanı adı verilib.
2002-ci ildən Prezident təqaüdçüsü olub.
14 yanvar 2022-ci ildə vəfat edib.
İstinadlar
Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri