Əbu Zahid Əbdülfəttah ibn Məhəmməd ibn Bəşir Əbi Quddə əl-Qureyşi əl-Məhzumi (; ) — XX əsrin görkəmli suriyalı islam alimi, mütəfəkkiri və mücəddidlərindən biri. O, həm fiqh, həm hədis, həm də islam düşüncə tarixində önəmli iz buraxmış müasir alimlərdən olub. Əsasən sələfi-maturidi düşüncə tərzini təmsil etmiş və ənənəvi islam elmlərinin dirçəlişinə böyük töhfələr vermiş və onun xidmətləri Əbül-Həsən ən-Nədvi tərəfindən yüksək qiymətləndirilmişdir.
Bioqrafiyası Əbdülfəttah Əbu Quddə 1917-ci ildə Suriyanın Hələb şəhərində doğulmuşdur. O, səhabə Xalid ibn Vəlidin nəslindəndir.
Hələb və Dəməşqdə klassik İslam elmləri üzrə dərs almışdır. Misirdə Əl-Əzhər Universitetininndə Şəriət fakultəsində təhsilini davam etdirmişdir. Əsasən hədis, fiqh, sufizm, tərbiyəvi islam sahələrində ixtisaslaşmışdır.
Elmi və əxlaqi irsi ilə təkcə ərəb dünyasında deyil, bütün islam dünyasında tanınmışdır. Əbdülfəttah Əbu Quddə islam elminə ciddi yanaşan, alimlərin həyatını və tərbiyəsini önə çıxaran bir mütəfəkkir idi. Onun tərbiyəvi, mənəvi və elmi irsi bu gün də tələbələr və tədqiqatçılar üçün qiymətli mənbədir. Dərs verdiyi və müxtəlif vəzifələr icra etdiyi ölkələr arasında Suriya, Misir, Səudiyyə Ərəbistanı və Türkiyə vardır.
O, 1997-ci ildə ər-Riyadda vəfat etmişdir.
Əbu Quddə həm də Suriya İxvanul-Müslimin hərəkatının aparıcı simalarından biri olub.
Əsərləri Əbu Quddə həm orijinal əsərlər yazmış, həm də onlarla klassik İslam kitablarını şərh və təhqiq edərək yenidən nəşr etdirmişdir. Təhqiq etdiyi "İslam alimlərinin gözü ilə hədis elmində İmam Əbu Hənifə" adlı əsər Azərbaycan dilinə tərcümə edilmişdir. Məşhur əsərlərindən bəziləri:
Səfahət min səbril-üləma. Alimlərin səbir və əzmkarlığını göstərən gözəl bir motivasiya kitabıdır. Rəfaul-minərah. Əbu Hənifəni müdafiə edən əsər. Əl-İsnad minəd-din (Beyrut. 1992). Kəlimət fi kəşfi əbatil və iftiraət (Ər-Riyad. 1974, 1991). Ona yönəlmiş ittihamlara qarşı qələmə alınmış kitabdır.
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Bəqi qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Hənəfilər Kateqoriya:Matüridilər