Pluvialis dominica (Amerika qızılı çovdarçı quşu) — Orta ölçülü çovdarçı quşu növü. Cinsin adı Latıncadan gəlir və "yağış" mənasını verən "pluvia" sözündən törəmişdir. Əvvəllər inanılırdı ki, qızılı çovdarçı quşları yağış yaxınlaşanda sürülər halında toplaşır. Növün adı olan "dominica" isə Vest-Hind-də yerləşən Santo Dominqo (indiki Haiti adası) adasına istinad edir.

Yayılması

Amerika qızılı çovdarçı quşunun çoxalma əraziləri Kanadanın şimalı (Baffin adası, Yukon və Britaniya Kolumbiyası) və Alyaskada yerləşən Arktik tundralardır. Onlar quru açıq ərazilərdə yerdə yuva qururlar. Bu quşlar miqrasiya edir və qışı Cənubi Amerikanın cənubunda keçirirlər. Onlar ellips şəklində miqrasiya yolu keçirlər. Yazda Mərkəzi Amerikadan keçərək şimala, payızda isə qərb Atlantik və Karib dənizi üzərindən uçaraq Pataqoniyaya qayıdırlar. Bu quşun miqrasiya yolu 40,000 km-dən çoxdur və bunun 3,900 km-i okean üzərindədir, burada onlar yemək və ya içmək üçün dayana bilmirlər. Bu uçuşu təmin etmək üçün quşlar öncədən bədənlərində yağ ehtiyatı toplayırlar.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Alyaska quşları Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:1776-cı ildə təsvir edilən quşlar